Icma.az
close
up
RU
Çin maşını olanlara həm şad, həm də bəd XƏBƏR

Çin maşını olanlara həm şad, həm də bəd XƏBƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd avtomobilini geri çağırır. Geri çağırmaya səbəb bəzi avtomobillərdə batareya modullarının səhv yığılması ehtimalıdır. Bu nasazlıq nəticəsində avtomobilin çıxış gücü azala və ekstremal rejimlərdə tam elektriklə hərəkət funksiyası gözlənilmədən dayana bilər. Bu isə təhlükəsizlik baxımından risk yaradan hal kimi qiymətləndirilir.

Qeyd edək ki, BYD tərəfindən istehsal edilən avtomobillər Azərbaycanda da geniş istifadə edilir.

Məhz bu addımın Çin maşınlarına olan etimada, eləcə də maşın bazarına hansı təsirlərinin olacağı diqqətçəkən məqamdır.

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ilk növbədə onu qeyd edək ki, avtomobillərin geri çağırılması maşınların zavoda geri qayıtması demək deyil:

"Bu o deməkdir ki, müəyyən model maşınlarda istehsal qüsurları aşkarlanıb. İndi şirkət onları rəsmi diller və disturbütorlarına dəvət edir ki, orada olan qüsur istehsalçının hesabına aradan qaldırılsın. Bizim ölkəmizdə rəsmi nümayəndəliyi olan BYD satış mərkəzləri var. Ümumiyyətlə, son üç il ərzində Çindən bizim ölkəmizə istehsalçı zəmanəti, ölkəmizdə yerli disturbütoru olmayan bu tip maşınlar çox gətirilib və satılıb. Biz o zaman da deyirdik ki, bu, vətəndaşlarımızın istehlakçı hüququnun kobud pozulmasıdır. Yəni bu maşınlar zəmanətsiz satılır. Sabah bu maşınların zavod qüsurları olanda onun təmiri ilə kim məşğul olacaq, vətəndaş ziyana düşəcək. Bizə deyirdilər ki, vətəndaşın seçim hüququ var, öza bilər nə alar. İndi problemin şişdiyini görürük. Vaxtında ölkə daxilində istehlakçıların hüquqlarını yaxşı qorusaydıq, onlara Çindən zəmanətsiz gətirilən maşınların satışının qarşısını alsaydıq, bu problemlər yaşanmazdı".

E.Cəfərli zəmanətsiz alınan maşınların sahiblərinin ciddi problemlərlə üzləşəcəyini qeyd edib:

"Maşın Azərbaycanda rəsmi diller və ya disturbütorlardan alınıbsa, rahatlıqla vətəndaş rəsmi servis mərkəzində  müəyyən qüsurları aradan qaldıra biləcəklər. Qeydiyyatı aparılmayan, rəsmi diller və disturbütorları olmayan maşınların sahibləri isə heç maşında harada zavod qüsuru olduğunu bilməyəcək. Əgər bu maşınların zavod qüsuru əyləclərdidisə, təhlükəsizlik yastığı işləmirsə, vətəndaşımız uzaq olsun avtomobili idarə edəndə qəzaya düşsə, həyatını itirəcək, ağır xəsarətlər alacaq. Ona görə, bir daha çalışmaq lazımdır ki, rəsmi nümayəndəliyi olan avtomobilləri alsınlar və istehlakçının mütləq zəmanəti olsun".

Çin avtomobillərinə etimad azalacaq?

E.Cəfərli suala belə cavab verib: "Avtomobilin harada istehsal olunmasının heç bir fərqi yoxdur. Bu gün biz Çin avtomobillərini hədəfə almamalıyıq.  Orada dünyanın bir sıra tanınmmış markaları da istehsal olunur.  Sadəcə olaraq bu maşınların hansı ölkə üçün istehsal olunub, Avropa standartlarına cavab verir yoxsa yox. Avtomobillər bizə Hindistandan da, Çindən də, ABŞ-dən də gətirilə bilər. Bunun ölkə mənşəyinin heç bir  önəmi yoxdur. əsas maşınlar təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməlidir. Ona görə bu geri çağırılma Çin maşınlarının imicinə zərər vuracaq. Əksinə bu, şirkətin öz markasını saxlayır və məsuliyyətli olduğunu göstərir. Əksinə belə olan halda geriçağırılmalar bu və ya digər avtomobil markasına inam daha da artır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri