Icma.az
close
up
RU
Çin maşınlarını alanlar niyə dərhal satır? AÇIQLAMA

Çin maşınlarını alanlar niyə dərhal satır? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq artsa da, bu nəqliyyat vasitələrinin bir qisminin alındıqdan qısa müddət sonra satışa çıxarıldığı müşahidə olunur. Avtomobil bazarındakı elanlar göstərir ki, bəzi sürücülər yeni aldıqları maşınları bir neçə ay istifadə etdikdən sonra yenidən satışa qoyurlar. Bu tendensiya istehlakçı məmnuniyyəti, texniki etibarlılıq və servis xidmətlərinin keyfiyyəti ilə bağlı sualları gündəmə gətirir. Eyni zamanda, ehtiyat hissələrinin əlçatanlığı və dəyər itkisi də müzakirə olunan əsas məsələlər sırasındadır. 
Məsələ ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, bu tendensiyanın formalaşması bir neçə amilin üst-üstə düşməsi ilə izah olunur və bunu təkcə bir səbəblə əlaqələndirmək düzgün olmaz:
Ekspert deyib ki, bazarda modellərin və təkliflərin sürətlə artması alıcılara daha çox alternativ yaradır və bu da avtomobili uzunmüddətli istifadə vasitəsindən daha çox dəyişilə bilən seçim kimi görməyə səbəb olur:
"Digər tərəfdən, bəzi istifadəçilər ilkin gözləntilərlə real istismar təcrübəsi arasında fərqlər müşahidə etdikdə avtomobili satmaq qərarı verirlər. Bununla yanaşı, müəyyən hallarda ehtiyat hissələrinin tədarük müddəti və əlçatanlığı ilə bağlı yaranan çətinliklər də istifadəçilərin qərarlarına təsir göstərə bilər. Bu amil avtomobilin gündəlik istismarına birbaşa təsir etməsə də, uzunmüddətli baxışda bəzi alıcıların riskləri azaltmaq məqsədilə avtomobili daha tez satışa çıxarmasına səbəb olur".
Onun sözlərinə görə, asan kredit şərtləri və aktiv kampaniyalar avtomobilin qısa müddət sonra yenidən satışa çıxarılmasını təşviq edən bazar davranışını formalaşdırıb:
"Ümumilikdə, bu hal bazarın təbii uyğunlaşma prosesi kimi qiymətləndirilə bilər və hər hansı konkret brend və ya modelə yönəlmiş problem kimi dəyərləndirilməməlidir".
Həmçinin oxu:
BMW həvəskarlarına pis xəbər
Avtomobil dünyasında geri dönüş: 2027-ci ildən məcburi olacaq
“Changan”ı təmir edən usta dəhşətə gəldi — 'Belə maşınlardan uzaq durun' (VİDEO)
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see265

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see220

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see210

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see202

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see201

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see200

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see199

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see199

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see198

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see194

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see191

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see191

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see187

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see186

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see186

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see180

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see177

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see177

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see176

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri