Çin neft məhsullarının ixracını dayandırdı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin emal zavodlarına mart ayında neft məhsullarının ixracını dərhal dayandırmağı əmr edib. Belə qərar Yaxın Şərqdəki münaqişə ilə əlaqəli defisit (çatışmazlıq) riskləri fonunda daxili tədarüklərin qorunması məqsədilə verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat verib.
Məlumata görə, direktiv ölkənin ən yüksək iqtisadi planlaşdırıcısı olan Milli İnkişaf və İslahatlar Komissiyası tərəfindən verilib və benzin, dizel yanacağı, aviasiya kerosini ixracına şamil edilir.
Çin dünyanın ən böyük yanacaq istehsalçıları və ixracatçılarından biridir və tədarüklərin məhdudlaşdırılması regional yanacaq bazarlarına təsir göstərə bilər.
Bu addım Yaxın Şərqdə münaqişənin dərinləşməsi ilə bağlı enerjidaşıyıcıların qlobal təchizatı üçün artan risklər fonunda atılıb.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti martın 12-də təxminən 10% artaraq bir barel üçün 100 dolları keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Mart 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















