Çin ordusunda çevrilişə bərabər həbs “Qırmızı knyazlar”ın nüfuzlu generalı niyə kənarlaşdırıldı?
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən son illər ərzində həyata keçirilən uzunmüddətli və ardıcıl kadr təmizləmələri, ölkənin hərbi-siyasi elitasında ciddi sarsıntılara səbəb olub. Bu prosesin kulminasiya nöqtəsi kimi, Mərkəzi Hərbi Komissiyanın sədr müavini general Çjan Youxianın həbs edilməsi Çin siyasi və hərbi dairələrində şok effekti yaradıb.
Bakupost.az xəbər verir ki, bu gün “Le Monde” qəzetində dərc olunan analitik məqalədə qeyd olunur ki, sözügedən addım Çin ordusunun bütövlüyü, sabitliyi və Si Cinpinə sədaqəti ilə bağlı ciddi suallar doğurur. Çjan Youxia sadəcə yüksək rütbəli general deyil, faktiki olaraq ölkənin ikinci əsas hərbi beyni, ən təcrübəli və ən nüfuzlu komandirlərdən biri hesab olunurdu.
Son üç il ərzində Çin ordusunun ali rəhbərliyində görünməmiş kadr itkisi yaşanıb. 2022-ci ildə Mərkəzi Hərbi Komissiyaya daxil edilən yeddi üzvdən hazırda yalnız Si Cinpin və intizam məsələlərinə cavabdeh, faktiki olaraq təmizləmələri icra edən Çjan Şenmin vəzifədə qalıb.
Çin cəmiyyətində yüksək vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılması adiləşmiş hal sayılsa da, yanvar 24-də Çjan Youxianın kənarlaşdırılması, Si Cinpinin hakimiyyətə gəlişindən bəri ölkə siyasətində baş verən ən sarsıdıcı hadisələrdən biri kimi qiymətləndirilir.
Çjan Youxia faktiki olaraq Baş Qərargah rəisi və müdafiə naziri səlahiyyətlərini birləşdirən fiqur idi. Ondan əvvəl, 2025-ci ilin oktyabrında səkkiz yüksək rütbəli generalın həbs edilməsi də diqqət çəkmişdi. Bu ardıcıl proseslər fonunda ekspertlər Çin ordusunun ali komandanlıq səviyyəsində ciddi boşluq yaranıb-yaranmadığını müzakirə etməyə başlayıblar.
Hadisəni daha da diqqətçəkən edən əsas məqam Çjan Youxianın Si Cinpinə şəxsi yaxınlığı idi. O, ordu daxilində real döyüş təcrübəsinə malik azsaylı generallardan biri sayılırdı. Çjan 1979-cu il Çin-Vyetnam müharibəsində, eləcə də sonrakı sərhəd toqquşmalarında iştirak etmişdi.
Bundan əlavə, o, Çin siyasi elitasında “qırmızı knyazlar” kimi tanınan qapalı və nüfuzlu qrupa daxil idi. Çjanın atası Mao Zedonqun ordusunda yüksək komandir olmuşdu. Eyni mənşə Si Cinpin üçün də xarakterikdir – onun atası Çin Kommunist İnqilabının əsas fiqurlarından biri hesab olunur.
Keçmiş ABŞ rəsmiləri Çjan Youxianı peşəkar, nisbətən açıq fikirli və xüsusilə Tayvan məsələsində ordunun zəif tərəflərini, mümkün hərbi qarşıdurmanın real qiymətini Si Cinpinə açıq şəkildə çatdıra bilən nadir komandir kimi xarakterizə edirdi.
Rəsmi hərbi media Çjan Youxianı və həbs edilən Baş Qərargah rəisi Liu Jenlini “Mərkəzi Hərbi Komissiya sədrinin mütləq liderliyi prinsipini zəiflətməkdə” ittiham edib. Bu çıxış birbaşa olmasa da, Si Cinpinin hakimiyyətinə meydan oxunması ehtimalına işarə kimi qiymətləndirilir.
Rəsmi baş məqalələrdə isə həbslər uzunmüddətli antikorrupsiya kampaniyasının tərkib hissəsi kimi təqdim olunur və istintaq dərinləşdikcə faktların daha ağır xarakter aldığı vurğulanır.
Lakin bu izahlar sualları azaltmaq əvəzinə, Si ilə ordu arasındakı ən kritik bağlardan birinin niyə qoparıldığı məsələsində qeyri-müəyyənliyi daha da artırır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Zurabişvili çevrilişə hazırlaşır Etiraf
24 Dekabr 2024 10:47
Çevrilişə cəhd, yoxsa… RAKURS
25 İyun 2025 14:12
Saakaşvili Gürcüstanda çevrilişə çağırır
23 Noyabr 2024 09:12
Ermənistanda çevrilişə cəhd: Daha 7 nəfərə HƏBS
11 İyul 2025 16:22
Suriyada çevrilişə cəhd edildi Əməliyyat
16 Aprel 2025 16:44
Baxış sayı:91
Bu xəbər 31 Yanvar 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















