Icma.az
close
up
RU
Çin Qələbə paradı keçirdi

Çin Qələbə paradı keçirdi

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin İkinci Dünya müharibəsində qazanılan Qələbənin 80 illiyini Pekində hərbi paradla qeyd edib. Bu, Çinin 10 il ərzində təşkil etdiyi ilk Qələbə Günü paradı olub.

Tədbirdə ən müasir hərbi texnika – pilotsuz uçuş aparatları, hipersəs raketləri və nüvə başlığı daşımağa qadir silahlar nümayiş etdirilib.

Parad zamanı Çin ilk dəfə nüvə zərbə “triadasını” – havadan, qurudan və dənizdən buraxıla bilən raketlərini ictimaiyyətə təqdim edib. Bunlara uzun mənzilli “Jinglei-1” hava raketi, sualtıdan buraxılan “Julang-3”, həmçinin “Dongfeng-31” və “Dongfeng-61” qitələrarası raketləri daxildir.

Bundan başqa, ABŞ təyyarədaşıyıcılarının prototiplərinə qarşı sınaqdan keçirilən “Yingji-17”, “Yingji-19” və “Yingji-20” hipersəs raketləri də nümayiş olunub. Həmçinin sualtı və havada istifadə oluna bilən dronlar, eləcə də gəmi bazalı pilotsuz helikopterlər diqqət çəkib.

Çin lideri Si Cinpin Tiananmen meydanında 50 min tamaşaçı qarşısında çıxış edib. O, dünyanı “sülh və müharibə, dialoq və qarşıdurma” arasında seçim qarşısında olduğunu deyərək, Çin xalqının “tarixin doğru tərəfində dayandığını” vurğulayıb.

Paradda 25-dən çox xarici lider iştirak edib. Ən diqqət çəkən qonaqlar Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In olub. 66 ildən sonra ilk dəfə Şimali Koreya rəhbəri Çin hərbi paradında iştirak edib. Sonuncu dəfə belə hadisə 1959-cu ildə Kim İl Sunqun Pekin səfərində baş vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkiyan, Pakistan Baş naziri Şahbaz Şərif, Monqolustan Prezidenti Uxnəə Xürelsux, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Belarus Prezidenti Aleksandr Lukaşenko. Myanma hərbi rəhbəri Min Aunq Hlaynq tədbirə qatılıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri