Icma.az
close
up
RU
Çin Rusiyadan neft alınmasına görə NATO ölkələrini rüsum tətbiq etməsi ilə bağlı hədələdi

Çin Rusiyadan neft alınmasına görə NATO ölkələrini rüsum tətbiq etməsi ilə bağlı hədələdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Əgər NATO ölkələri ABŞ-nin təzyiqi altında Rusiya neftini almaq bəhanəsi ilə Xalq Respublikasına qarşı rüsumlar tətbiq etməyə çalışarsa, Çin qətiyyətli cavab tədbirləri görəcək".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan brifinqdə çıxışı zamanı G7 və NATO ölkələrinin Rusiya neftinin idxalına görə Çinə rüsum tətbiq etmə ehtimalını şərh edərkən deyib.

"Çinin dünya ölkələri, o cümlədən Rusiya ilə normal ticarət-iqtisadi və enerji sahəsində əməkdaşlığı qanunidir və heç bir şikayət yaratmır. Çinin qanuni hüquq və maraqlarının pozulması halında o, qətiyyətlə əks tədbirlər görəcək, biz suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə qoruyacağıq", - deyə o vurğulayıb.

Çin diplomatının qeyd etdiyi kimi, Avropa İttifaqına təzyiq etməyə çalışan ABŞ-nin hərəkətləri "birtərəfli hədə-qorxu və iqtisadi məcburiyyətin tipik nümunəsidir". O vurğulayıb ki, Vaşinqton bununla beynəlxalq ticarət qaydalarını ciddi şəkildə pozur və qlobal istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini təhdid edir.

"Faktlar sübut etdi ki, məcburiyyət və təzyiq populyar deyil və problemləri həll etmir", - deyə Lin Tszyan əlavə edib.

Rəsmi nümayəndə xatırladıb ki, Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz və birmənalı olaraq qalır: Pekin hesab edir ki, dialoq və danışıqlar böhranı həll etmək üçün yeganə əlverişli yoldur.

"Böhranın əvvəlindən Çin obyektiv və qərəzsiz mövqe nümayiş etdirərək, israrla barışıq və dialoqun tərəfdarı olub. Biz bəzi tərəflərin öz arqumentlərində daim Çinə istinad etməsinə qəti şəkildə qarşıyıq və ölkəmizə qarşı tətbiq edilən qeyri-qanuni birtərəfli sanksiyaların və ekstraterritorial yurisdiksiyanın heç bir fərq qoyulmadan tətbiqinə qəti etirazımızı bildiririk", - deyə o əlavə edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Avropanın Rusiyaya qarşı sanksiyalarının "kifayət qədər sərt olmadığını" bildirmişdi. O, NATO ölkələri birgə şəkildə Rusiyadan neft alınmasını dayandırarsa, "effektiv" anti-Rusiya məhdudiyyətləri tətbiq etməyə hazır olduğunu ifadə etmişdi, həmçinin alyans üzvlərinə Çindən idxala 50-100% rüsum tətbiq etməyi də təklif etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri