Çin Sədrinin ABŞ yə dövlət səfəri başlayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nyu-York, 24 sentyabr, AZƏRTAC
Çin Sədri Si Cinpinin ABŞ-yə üç günlük dövlət səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin lideri və xanımı Pen Liyuanı Vaşinqton yaxınlığındakı Merilend ştatında yerləşən “Endryus” hərbi hava bazasında ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.
ABŞ Prezidentinin xarici lideri şəxsən hava limanında qarşılaması nadir protokol addımı hesab olunur.
Ağ Evin açıqladığı proqrama əsasən, Si Cinpinin qarşılanma mərasimindən sonra tərəflər arasında rəsmi danışıqlar nəzərdə tutulmayıb. Səfərin əsas proqramı növbəti gün keçiriləcək.
Cümə axşamı Donald Tramp və Melaniya Tramp Çin Sədri və xanımını Ağ Evdə rəsmi mərasimlə qarşılayacaqlar. Mərasim çərçivəsində dövlət başçılarının çıxışları, Ağ Evin Gül bağında hərbi baxış, həmçinin B-2 bombardmançı təyyarəsi və dörd F-22 qırıcısının iştirakı ilə uçuş nümayişi keçiriləcək. Daha sonra Donald Tramp və Si Cinpin qapalı görüş keçirəcəklər. Axşam isə Ağ Evin Şərq zalında Çin liderinin şərəfinə dövlət ziyafəti təşkil olunacaq.
Danışıqların əsas diqqət mərkəzində ABŞ-Çin ticarət münasibətləri, tariflər, nadir torpaq minerallarının tədarükü və süni intellekt sahəsində rəqabət və əməkdaşlıq olacaq. Tayvan məsələsi və İranla bağlı vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu, Si Cinpinin son 11 ildə ABŞ-yə ilk dövlət səfəridir. Səfər sentyabrın 25-də başa çatacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
Baxış sayı:105
Bu xəbər 24 Sentyabr 2026 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















