Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Çin səfərinə mız qoyanlara sözardı...

Çin səfərinə mız qoyanlara sözardı...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, onun ən yüksək səviyyədə qarşılanması əslində bir çox mətləblərdən xəbər verir və ölkə başçısının, dövlətimizin nüfuzunun xüsusən, Qarabağ savaşından sonra dünyada hansı mərtəbələrə qədər yüksəldiyini əyanı şəkildə göstərir.

Bəli. Məlum hadisəni sıradan və sadəcə protokolgərəyi icraat kimi xarakterizə etmək olmaz. Əsla və əsla! Ona görə ki, Çin, artıq dünya güclərindən biri deyil, məhz birincisidir və əgər bu cür nəhəng dövlətin qarşısında ölkəmizin adı belə gur səslə, təmtəraqla səslənirsə, misilsiz, bənzərsiz liderimiz İlham Əliyev Si Cinpinin yanında tam bərabərhüquqlu, bərabərgüclü, bərabərstatuslu partnyor kimi dayanırsa, rəhbərimizin şərəfinə düzənlənən tədbirlər, onun gəlişi münasibətilə başladılan hazırlıqlar, orada imzalanan mühüm əhəmiyyətli sənədlər hər birimizin içində inanılmaz qürur, fəxr, fərəh hissi yaradırsa... o zaman nə xoş azərbaycanlı olduğumuza, azərbaycanlı kimi doğulduğumuza, azərbaycanlı kimi yaşadıqlarımıza...

Gerçəkdən!

***

Həmin gün... qanı qanımızdan, ruhu ruhumuzdan olmayan bəzi “ağzıgöyçəklərin” səhifələrinə göz gəzdirdim. Məxsusən!

Heç dəyişməyiblər. Yenə öz amplualarındadırlar. Yenə hər şeyi lağlağı obyektinə çeviriblər. Yenə ikrah doğuran statuslar yazıblar. Yenə Azərbaycanın uğurlarını görməzdən keçiblər və... nəhayətində də “ağıllı-ağıllı” buyurublar ki, demə, bəs Azərbaycan liderinin Çinə səfəri Amerikada qıcıq yaradacaqmış və bu səfər bizə baha başa gələcəkmiş...

Üstəlik, adamların alternativ mövzu prioriteti də nəymiş? – Türmədə kiminsə dietaya oturması, sağlamlıq naminə arıqlamaq cəhdi...

Gülümmü, heyrət edimmi, gərginləşimmi, qışqırımmı - bilmirəm!

Yox. Ən yaxşısı, yazım və anladım.

Əvvəla,

Çin – hazırda dünya tablosunun əsas nizamlayıcısıdır və onun xeyir-duası olmadan heç bir güc fövqəl-addım ata, ixtiyari həmlə edə, qlobal layihələrlə bağlı irihəcmli planlar çizə bilməz.

Çin – hətta öz səssizliyi və hərəkətsizliyi ilə belə pafoslu, içi boş Avropadan daha güclü, daha üstündür və ən sadə siyasi kataklizmlər yetərlidir ki, o, heç bir tələb - təklif irəli sürmədən həmin Avropanı özünə möhtac qoysun, öz ayağına gətirsin. (Trampın tətbiq etdiyi gömrük rüsumlarından dolayı az qala bütün Avropanın Çinə necə minnətçi düşdüyünü xatırlayaq)

Çin – son dərəcə etibarlı tərəfdaşdır və öz müttəfiqlərini bir tək düşmənlərdən yox, həm də dostlardan, yəni digər müttəfiqlərdən qorumağı bacarır. (İllər öncə Qazaxıstandakı siyasi olayların daha böyük kritikaya girməməsində və geniş təhlükə masştabı almamasında Çinin dominant rolu bu dediklərimə sübutdur)

Çin - aqressiv deyil, yönəldicidir. Eyni zamanda o, müharibəni deyil, güclə hesablaşmağı təşviq edir.

Və nəhayət,

Çin – heç vaxt (bəziləri kimi) dünyanı idarə etmək niyyətini ortalığa qoymayıb. Fəqət, paralel fonda öz fantastik resurslarından dolayı elə bir təbii mühit formalaşdırıb ki, istəyən də - istəməyən də, sevən də - sevməyən də onun varlığı və faktiki hegemonluğu ilə barışmağa məcbur olub.

O ki qaldı, bu səfərin kimlərisə qıcıqlandıra bilmə ehtimalına....Əvvəla, mümkün deyil!

İkincisi də... lap olsa belə, gözlərimizin ikisi birdən aydın!

Niyə?! Çün, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti öz xalqından savayı kimsəyə hesab vermir, verməyib, verməyəcək!

Qısası, radikalların “xoxan qorxusu” əbəsdir və onlara tövsiyəm budur ki, belə mövzuların dərdini çəkmək əvəzinə, mənsub olduqları ölkənin uğurları ilə fəxr etməyi, həmin hissi içlərinə, ruhlarına çəkməyi, aşılamağı bacarsınlar.

Eyni zamanda, mövcud hakimiyyətin qələbələrini, dövlət əhəmiyyətli səfərləri “gözümçıxdıya” salarkən, bir də....çox yox, yarımca dəqiqəlik yaxın keçmişə, özlərinin hakimiyyətdə olduqları dövrə ekskursiya etsinlər. Məsələn, Marqaret Tetçerin Bakı səfərinə. Daha dəqiqi, həmin səfər çərçivəsində yaşananlara...

“Dəmir Ledi”nin şərəfinə verilmiş rəsmi ziyafətdə baş nazirimiz çaxırı axıra qədər içib, sonra bakalın dibində qalan damcıları yuxarıdan aşağı boğazına gillədib, ardınca isə... “petruşka”nın yekə bir dəstəsini barmağına dolayaraq kom şəklində ağzına necə dürtmüşdüsə, yazıq qonaq şoka düşmüşdü və ölkəsinə qayıdana qədər də düşdüyü stupor vəziyyətindən çıxa bilmədi.

Elə çox güman, ingilislər o vaxtdan tövbə ediblər bu tərəflərə gəlməyi...

***

Hazırda siyasi meydan(ımız)da 2 qrup var.

Azərbaycanı sevənlər və Azərbaycanı sevənləri sevməyənlər.

Birincilər İlham Əliyevin yanındadır.

İkincilər isə Makronun cibində, Şvabenin qucağında, Paşinyanı maliyyələşdirənlərin cüzdanında və şeytan bilir daha haralarda.

Birincilər üçün şərəf məsələsi – İlham Əliyevi qorumaqdır.

İkincilər üçün isə... İlham Əliyevə və dövlətimizə qənim kəsilən bütün anti-Azərbaycan qüvvələrini.

Birincilər kitabla bəslənir, dövlətçilik ruhu ilə böyüyür, vətənə yararlı olmaq üçün inkişaf edir.

İkincilər üçün isə kitab dediyin, kitabdan doğan intellekt dediyin, mədənilik, kübarlıq, aristokratlıq dediyin, dövlət-dövlətçilik dediyin – söyüşün ən böyüyüdür!

Birincilər Şuşa işğaldan azad olunarkən dizlərini yerə qoyub, sevincdən ağlayırdı.

İkincilər isə, əllərini masaya çırparaq, Paşinyanın acısına, ermənilərin dərdinə...

Birincilər Azərbaycanı elə indiki Azərbaycan kimi görmək istəyirlər.

İkincilər isə hər vəchlə Ukrayna kimi! Məhz, Ukrayna kimi! Yalnız Ukrayna kimi!

Ona görə də... haqqında bəhs etdiyim meydanda oturub baş sındırası ciddi sual yoxdur. Qalmayıb. Ki, harda qərarlaşım?

Özünə hörmət edirsənsə, sənin bayrağını, ərazini, milli kimliyini tamlığa qovuşduranın yanında olacaqsan.

Etmirsənsə, o zaman heç.

Elə ikincilərin yanında qal və sıramızı korlama...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri