Çin şirkəti ilə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 iyun, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və “Black Locust Capital Financing Broker” (BLC) şirkətinin direktoru Şahrux Xan arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Görüş çərçivəsində AZPROMO və BLC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















