Çin şirkəti ilə bərpaolunan enerji sahəsində ixtisaslaşan müəssisələrin qurulması müzakirə edilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Respublikada bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər. “PowerChina Resources Ltd.” şirkəti ilə yaşıl enerji sahəsində potensial işbirliyi imkanları nəzərdən keçirilib. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















