Çin TikToku satsa Tramp bu ölkəyə qarşı tətbiq olunan rüsumları yumşaldacaq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Çin TikTokun ABŞ-da fəaliyyətini davam etdirməsi üçün satışını təsdiqləsə, ABŞ bu ölkənin məhsullarına rüsumları azalda bilər.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"TikToku almaq üçün bir çox yol var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq. Mən ölkəmizə hər şeydən çox əhəmiyyət verirəm. TikToka gəlincə, Çin bu işdə rol oynamalıdır. Bəlkə sövdələşməni təsdiqləyəcəklər. Ola bilər ki, mən onlara qarşı tətbiq olunan rüsumları bir az endirim və ya buna nail olmaq üçün onlara nə isə verim. Bilirsiniz, siyahıdakı hər mala qarşı tətbiq olunan rüsum TikTokdan daha baha başa gəlir. Ona görə də Çini buna məcbur etmək üçün mən misal olaraq rüsumları endirə bilərəm”, - Tramp deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Mart 2025 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















