Çin və Şimali Koreyanı birləşdirən körpü 12 ildən sonra açılır
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Çin və Şimali Koreya sərhədində, Yalu çayı üzərində inşa edilən avtomobil körpüsü tikintisi başa çatdıqdan 12 il sonra nəqliyyatın istifadəsinə veriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat konfransında məlumat verib.
Mao Ninq bildirib ki, yeni Yalu çayı körpüsü oktyabrın 15-də rəsmi olaraq açılacaq. Açılış münasibətilə iki ölkənin iştirakı ilə birgə mərasim keçiriləcək.
Çin və Şimali Koreyanı mehriban qonşu ölkələr kimi xarakterizə edən nazirlik sözçüsü yeni körpünün ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, körpü iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini, eləcə də insanlar arasında təmasları asanlaşdıracaq.
Çinin Dandonq şəhəri ilə Şimali Koreyanın Sinuycu şəhərini birləşdirən, uzunluğu 3 kilometr olan körpünün tikintisi 2014-cü ildə başa çatıb. Lakin Şimali Koreya tərəfi giriş yollarının, evlərin və ətraf infrastrukturun tikintisini tamamlamadığı üçün körpü indiyədək nəqliyyatın hərəkətinə açılmayıb.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Oktyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















