Icma.az
close
up
RU
Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək Rusiya və İran...

Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək Rusiya və İran...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli politoloq Engin Özerin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti mövzusunda Globalinfo.az-a müsahibəsini təqdim edirik: 

– Engin bəy, sammit ayrı-ayrı iştirakçı dövlətlər, xüsusilə də Rusiya və ev sahibi olan Çin üçün necə keçdi?

– Çində keçirilən son görüşün Rusiya üçün əhəmiyyətli, sərfəli nəticələr verdiyini söyləmək çətindir. “Sila Sibiri” (Sibirin Gücü) boru kəməri ilə bağlı gələcək vədlər verildi. Bundan əlavə, Çin hər zamankı sülhsevər siyasətini davam etdirir. Ukrayna məsələsində Rusiyaya hərbi dəstək verməkdən çəkinir və bu şəkildə davam edəcəyini açıq şəkildə bildirdi. Bu sammit əsasən Çinin güc nümayişi idi. Buradakı zirvə görüşündən çox, Çinin hərbi paradı ilə sərgilədiyi ritorikasına baxdıq. Dünya bunu belə gördü. Azərbaycan nöqteyi-nəzərindən, təbii ki, bu, Hindistanın Azərbaycanı üzvlük məsələsində bloklama qərarı idi. Bu, təşkilatda, BRİKS ilə bağlı olaraq da Hindistan və Çin arasında fərqin daha da artacağını göstərir. Ona görə bu görüşün Azərbaycan üçün çox da müsbət nəticələndiyini demək olmaz.

Engin Özer

Həmçinin oxuyun:

Bakı-Moskva gərginliyində Suriya detalı – Türk ekspertdən Qafqaz üçün bədbin proqnoz

– Çindəki zirvə görüşü yeni dünya düzəni üçün nə demək idi?

– Çin daha öncə etmədiyi şəkildə ciddi hərbi gücünü nümayiş etdirdi. Orada Çin Xalq Azadlıq Ordusu 80 illik yubileyi ilə əlaqədar çox böyük hərbi parad keçirdi. Bu, Çinin militarist tərəfini dünyaya nümayiş etdirir. Əvvəllər xarici siyasətini ilk növbədə ticarət üzrərindən formalaşdıran Çin bu doktrinadan imtina etmiş kimi görünə bilər. Biz artıq birqütblü dünya deyil, Avropa İttifaqı, Çin və ABŞ-dan ibarət üçqütblü dünya barədə danışa bilərik. Rusiyanı burada həlledici bir aktor olaraq görmək hələ mümkün deyil. Yeni dünyada oyunun qaydalarını Avropa İttifaqı, Çin və ABŞ müəyyən edir.

– ŞƏT Zirvə görüşü Azərbaycana və Cənubi Qafqaza nə qazandırdı?   

Azərbaycan artıq “Bir kəmər, bir yol” layihəsində əsas tərəfdaşdır və Çin faktiki olaraq Zəngəzurla bağlı ən mühüm dəstəyi verir. Türkiyə hətta bu məsələdə ikinci planda ola bilər. Zəngəzur Türkiyə üçün deyil, Çin üçün strateji layihədir. Türkiyənin əlbəttə ki, üstünlükləri var. Türkiyə, təbii ki, bu layihəni Azərbaycanla bərabər Orta Asiyaya açılmaq üçün bir fürsət kimi görür, lakin bu, “Orta dəhliz” kontekstində ən çox Çin üçün əhəmiyyətlidir. Ona görə də Əliyev, bu məsələdə tam diplomatik dəstək aldı ki bu da gözlənilən idi.

Hazırda Azərbaycan üçün ən mühüm məsələ Çinin Zəngəzur dəhlizinə dəstəyidir. Çinin İrana göstərə biləcəyi təzyiq Azərbaycan üçün kifayət qədər müsbət haldır. Hesab edirəm ki, bu mövzu da müzakirə olunub. Üstəlik, Ermənistanın “Bir kəmər, bir yol” layihəsinə marağı kifayət qədər əhəmiyyətlidir və İrəvan hökuməti Çinlə münasibətlərini davam etdirmək qərarına gəlib. Bu, Azərbaycan üçün də çox vacibdir. Ermənistanın belə yeni siyasət yürütməsi Cənubi Qafqazda sabitliyin qorunması, xüsusən də region ölkələri üçün həlledici əhəmiyyət kəsb edir. Sammitin ümumən bölgənin sabitliyi baxımdan çox müsbət keçdiyi deyilə bilər.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri