Icma.az
close
up
RU
Cinayət törədənlər daha çox yerlilərdir

Cinayət törədənlər daha çox yerlilərdir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Rusiyada miqrantların incidilməsi, təhqir olunması adi hal alıb

Son zamanlar Rusiyada miqrantlara qarşı təzyiqlərin artması ilə bağlı xəbərlər çoxalıb. Xüsusilə Mərkəzi Asiyadan, Cənubi Qafqazdan və digər qonşu ölkələrdən gələn miqrantlar müxtəlif formalarda diskriminasiya və zorakılığa məruz qalırlar. Miqrantlar küçələrdə, metro stansiyalarında, ticarət mərkəzlərində, hətta iş yerlərində tez-tez polis tərəfindən saxlanılır, sənədləri yoxlanılır. Bu yoxlamalar sistematik xarakter daşıyır.

Miqrantların əksəriyyəti öz hüquqlarını bilmir və ya hüquqi dəstək almaqda çətinlik çəkirlər. Bu isə onların daha asan hədəfə çevrilməsinə səbəb olur. Bu cür davranışlar miqrantlar arasında qorxu mühiti yaradır, onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir.

O da məlumdur ki, polis əməkdaşları bəzi hallarda kiçik prosedur pozuntularını əsas gətirərək sərt inzibati tədbirlər görür ki, bu da deportasiya ilə nəticələnir. Məsələn, Sankt–Peterburq şəhərində iki azərbaycanlı ailəsinin deportasiyası barədə qərar verilib. Bildirilib ki, polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını – 15 yaşlı Azərbaycan vətəndaşını Rusiyadan deportasiya edəcək.

Bundan əvvəl münaqişənin digər iştirakçısı olan 13 yaşlı azərbaycanlıya qarşı da miqrasiya tədbirləri görülüb. Onu valideynləri, qardaşı və bacısı ilə birlikdə Rusiyadan deportasiya etmək qərarına gəliblər. Bu cür tədbirlər ictimai təhlükəsizliyi təmin etməkdən daha çox siyasi və ictimai xarakter daşıyır. Yəni, miqrantlara qarşı sərt münasibət nümayiş etdirilərək, daxili auditoriyaya “nəzarət var” görüntüsü verilir.

Eyni zamanda, bəzi informasiya vasitələrində miqrantlara qarşı nifrət ritorikası artıb, onlar “təhlükə mənbəyi” olaraq göstərilir, Rusiya cəmiyyətinə uyğunlaşa bilməyən “cinayətkar qruplar” kimi təqdim edilir. Sosial şəbəkələrdə yayılan təxribatçı, dəqiqləşdirilməmiş məlumatlar, xüsusən miqrantların, guya, cinayətkarlıq mühiti, ictimai narahatlıq yaratdığına dair xəbərlər cəmiyyətin geniş kütləsində onlara qarşı mənfi münasibət yaradır.

Bəs doğrudanmı miqrantlar Rusiyada törədilən çinayətlərin əsas səbəbkarlarıdır? Əslində, miqrantlar yerli əhali ilə müqayisədə daha az cinayət törədirlər. Bunu statistik məlumatlar da göstərir. Rusiya Daxili İşlər Nazirliyinin 2013–2023-cü illərin statistikasına görə, yüz cinayətdən ikisini əcnəbilər törədib. RBC saytının araşdırmaları da miqrantların yerlilərə nisbətən az cinayət törətdiklərini ortaya qoyub. Həmin dövrdə məhkum edilmiş Rusiya vətəndaşlarının orta sayı hər 100 min nəfərə 424 nəfər, məhkum olunmuş əcnəbilərin sayı isə 282 nəfər olub. Araşdırma müəllifləri qeyd edirlər ki, Rusiyada əcnəbilərin əsas hissəsini əmək qabiliyyətli yaşda olan kişilər təşkil edir (əmək miqrantları hesabına). Bu baxımdan, onların fikrincə, cinayət nisbətini bütün əhali üçün deyil, yalnız 14–49 yaşlı kişilər üçün hesablamaq ədalətlidir. Bu halda məlum olur ki, məhkum edilmiş rusların sayı hər 100 min nəfərə 1,3 min, əcnəbilərin sayı isə 507 nəfərdir.

Tədqiqatda qeyd olunub ki, ruslar və əcnəbilər tərəfindən törədilən cinayətlər arasında əsaslı fərq yoxdur: hər ikisinə görə cəzaların əhəmiyyətli hissəsi oğurluq, narkotik maddələrin alveri və yol hərəkəti qaydalarını pozma ilə bağlıdır. Əcnəbilər arasında zorakılıq, ağır bədən xəsarəti 13-cü yerdədir (15-ci maddə).

Yalnız saxta sənədlərin hazırlanması və istifadəsi (Cinayət Məcəlləsinin 327-ci maddəsi) və sərhədi qanunsuz keçməyə (CM-nin 322-ci maddəsi) görə miqrantlar Rusiya vətəndaşlarından daha çox mühakimə olunurlar.

Miqrantlar tərəfindən törədilən cinayət əməllərinin sayında 2024-cü ildə azalma tendensiyası olub – 0,9 faiz. Mütləq rəqəmlərlə, bu, 2023-cü ildə 38,9 min, 2024-cü ildə 38,6 min cinayət deməkdir. Bəs bu il nə baş verir? 2025-ci ilin birinci rübünün yekunlarına görə, xarici ölkə vətəndaşları tərəfindən törədilən cinayətlərin sayında artım müşahidə olunub – 10,8 mindən 12,4 minə. Amma bu rəqəmlər Rusiya vətəndaşlarının törətdiyi cinayətlərlə müqayisədə çox azdır.

Bütün bunlara baxmayaraq, mətbuatda ən çox miqrantlarla bağlı cinayət xəbərlərinə yer verilir. Belə fon yaratmağa çalşılır ki, ölkədə cinayətlərin əksəriyyəti miqrantlar tərəfindən törədilir. Bu da, öz növbəsində, miqrantların həyatını çətinləşdirir. Onlar artıq yalnız hüquqi təzyiqlərə deyil, həm də sosial təzyiqlərə və ayrı-seçkiliyə məruz qalırlar. Xüsusilə, gündəlik həyatlarında, iş yerlərində və ictimai məkanlarda daha çox nifrət və təhqirə rast gəlirlər. Miqrantlar, həmçinin “xarici” və “bura aid olmayan” kateqoriya kimi görülür və bu, onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Ən qorxulusu isə ksenofobiyanın yaşlı nəslin arasında artmasıdır. Bu gün ruslar 1941-1945-ci illər müharibəsində qazax və özbək ailələrinin müharibənin qurbanı olmuş minlərlə uşağa, o cümlədən rus uşaqlarına sığınacaq verdiyini və böyütdüyünü unudublar. Xatırladaq ki, Özbəkistan bütövlükdə təxliyə edilmiş bir milyon nəfər çox, o cümlədən 250 minə yaxın uşaq qəbul edib.

Beləliklə, nifrət, ayrı-seçkilik çox vaxt dövlətin hərəkətsizliyi və müvafiq tədbirlər görməməsi ilə daha da güclənir. Həmçinin bu vəziyyət hüquq-mühafizə orqanlarının və siyasətçilərin miqrantlara qarşı sərt mövqe tutmalarına rəvac verir. Ən pisi isə miqrantların özünüifadə və mədəni fərqliliklərini qorumaq istəyi cəmiyyətdə tənqid olunur. Bəzi qruplar onları “təhlükəli” və “yabancı” olaraq görür, bununla da miqrantların cəmiyyətdə özlərini rahat hissetmə şansları azalır.

Mövcud vəziyyət Rusiyada yaşayan miqrantların sosial, hüquqi və mədəni inteqrasiyasını çətinləşdirir. Cəmiyyətin müəyyən hissəsndə yayılmış bu stereotiplər və qorxu, dövlətin miqrantlarla bağlı siyasətini daha sərt və daha qapanmış hala gətirir. Miqrantlar iş yerlərində istismara məruz qalır, çox vaxt qeyri-rəsmi və hüquqları qorunmayan şəraitdə çalışır, əmək haqları vaxtında ödənilmir və ya az ödənilir, hüquqlarını tələb etdikdə hədələnir, işdən qovulurlar.

Bəli, bu gün Rusiyada miqrantlar, xüsusən qeyri-rəsmi sektorun işçiləri əmək hüquqları və təhlükəsizlik məsələləri baxımından çox ciddi təzyiqlərə məruz qalırlar. Əgər miqrantlara qarşı mənfi davranışların qarşısı vaxtında alınmasa, ciddi fəsadlara səbəb olacaq.

Elə iş yerləri var ki, ruslar orada işləmək istəmirlər. Təkcə tikintidə 1,5 milyona yaxın işçi qüvvəsi çatışmazlığı var. Ümumilikdə, rəsmi məlumatlara görə, hazırda 2,4 milyon iş yeri boşdur. Reallıqda bu rəqəmin 5 milyondan çox olduğu bildirilir. İstənilən halda Rusiyanın miqrantlara daha çox ehtiyacı var. Onu da qeyd edək ki, son vaxtlar Rusiyadakı miqrantlar Avropaya üz tutmağa başlayıb.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see341

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see294

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see232

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see214

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see205

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see198

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see196

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see195

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see194

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see191

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see185

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see165

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see164

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see155

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see151

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see151

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see148

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri