Icma.az
close
up
RU
Cinayətə görə tutulan gənclər ən çox bu SƏBƏBLƏRDƏNDİR

Cinayətə görə tutulan gənclər ən çox bu SƏBƏBLƏRDƏNDİR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Gənclik dövrü, xüsusilə, 18-30 yaş aralığı insan həyatında özünü təsdiq, cəmiyyətə inteqrasiya və sosial məsuliyyət hissinin formalaşdığı həssas mərhələlərdən biridir. Bu yaşda gənclər həyat seçimləri ilə şəxsiyyətlərini möhkəmləndirir, lakin eyni zamanda müxtəlif risk faktorları ilə qarşılaşırlar. Ailə nəzarətinin zəifləməsi, sosial-iqtisadi çətinliklər, psixoloji gərginliklər və mənəvi boşluq bəzi hallarda onların deviant davranışlara, hətta cinayət əməllərinə yönəlməsinə səbəb olur. Son illərin statistik göstəriciləri göstərir ki, 18-30 yaş arasında olan gənclər tərəfindən törədilən cinayətlərin sayı diqqətçəkici səviyyədədir və müəyyən cinayət növlərində artım tendensiyası müşahidə olunur. 


Modern.az xəbər verir ki, 18-30 yaşda cinayət törədənlərin ümumi sayı 2023-cü il ərzində 6325 olub.


Cinayət törətmiş 18-24 yaşda olan gənclərin sayı son statistikalara görə, 2 min 506 nəfər təşkil edib. Bu statistika 10 il əvvəl – 2010-cu ildə 3 min 367 idi. Cinayət törədənlərin ümumi sayı statistikalara görə azalsa da, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə edilir. Belə ki, 2010-cu ildə ağır və xüsusilə ağır cinayətlərin sayı 369 idisə, bu göstərici 2023-ci ildə 373 olub. 


2023-cü ildə 18-24 yaşda olan gənclər tərəfindən törədilən cinayətlərin 524-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi, 405-i oğurluq, 406-ı isə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma ilə bağlı cinayətlərdir.


Gənclər arasında qəsdən adam öldürmə və adam öldürməyə cəhd halları əvvəlki illərə nisbətən azalaraq 91-dən 38-ə düşüb.


Bundan başqa, qəsdən sağlamlığa ağır zərbə vurmaya görə qeydə alınan cinayətlərin ümumi sayı 76, zorlama və zorlamaya cəhd 2, dələduzluq, soyğunçuluq, xuliqanlıq və quldurluğa görə cinayətlərin ümumi sayı isə 296 olub.


Yaşı 25-29 olan gənclər arasında törədilən cinayətlərin sayında isə digər illərə nisbətən artım müşahidə olunur. 
Belə ki, 25-29 yaşda cinayət törədən gənclərin ümumi sayı 2023-cü ildə 3 869 olub ki, bu da əvvəlki illərə nisbətən 1000 nəfərə qədər artım deməkdir. 


Onlardan 719-u ağır və xüsusi ilə ağır cinayətlərdir. O cümlədən, 45 cinayət qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 46 cinayət qəsdən sağlamlığa ağır zərbə vurma, 1380 cinayət isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınıb. 


Bundan başqa, dələduzluq, soyğunçuluq, quldurluq və xuliqanlıq üzrə ümumilikdə 295, zorlama və zorlamaya cəhdə görə 2, oğurluq səbəbindən 532, nəqliyyat vasitələrindən oğurluq 13, yol hərəkatı və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma səbəbindən 468 nəfər cinayət işinə cəlb olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri