Icma.az
close
up
RU
“Cinayətkarlıq, ekstremizm, terrorçuluq mövzularında süni intellekt müəyyən davranış qaydalarını sərgiləyir”

“Cinayətkarlıq, ekstremizm, terrorçuluq mövzularında süni intellekt müəyyən davranış qaydalarını sərgiləyir”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Böyük Britaniyanın məşhur jurnalı “The Economist”də “evdə və məktəbdə süni intellekt uşaqlığı dəyişir” adlı məqalə paylaşılıb. Uşaqlar süni intellektin həm istifadəçiləri, həm də onun inkişafında əsas rolu olan sınaq obyektləridir. Araşdırmalar göstərir ki, amerikalı yeniyetmələr süni intellektdən həm məktəbdə, həm də evdə valideynlərindən çox istifadə edirlər. Lakin süni intellektlə işləmək onların beyin aktivliyini azaldır, yazdıqlarını zəif yadda saxlayırlar. Süni intellekt onların sosial həyatına da təsir edir - bəziləri şəxsi mövzuları real insanlardan çox süni intellektlə paylaşır. Bu səbəbdən hökumətlər uşaqları qorumaq üçün məhdudiyyətlər hazırlayır.Süni intellekt sistemləri uşaqların “online” davranışlarını hansı məqsədlərlə təhlil edir?

Bu texnologiyaların uşaqlar üzərində sınaq və ya eksperiment xarakterli istifadəsi nə dərəcədə etik cəhətdən doğrudur?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına İKT mütəxəssisi Fərhad Mirəliyev bildirib ki, verilən məlumatlar sistem tərəfindən analiz olunur və öyrənmə bazasına əlavə edilir.

Fərhad Mirəliyev

“Mən bu yanaşmanı düzgün hesab etmirəm, çünki süni intellekt istifadəçidən asılı olmayaraq, öyrənmə modelləri əsasında işləyir. Yəni kim tərəfindən daxil edilməsindən asılı olmayaraq, verilən məlumatlar sistem tərəfindən analiz olunur və öyrənmə bazasına əlavə edilir. Bu baxımdan, məlumatı daxil edən şəxsin uşaq və ya böyük olması süni intellektin iş prinsipinə təsir etmir. Süni intellekt öyrəndiyi modellərə əsasən cavab verir və eyni zamanda yeni məlumatlardan da öyrənir. Ona görə də, əgər hər hansı mənfi təsirdən danışırıqsa, yəni mənfilikəri varsa, bu yalnız uşaqlara deyil, ümumilikdə bütün istifadəçilərə aid edə bilərik. İndiki dövrdə süni intellekt həyatın bir çox sahəsinə inteqrasiya olunub. Artıq qərarvermə və idarəetmə proseslərində də insanlarla yanaşı süni intellektin imkanlarından istifadə edilir. O, həm öyrədilən, həm də özü öyrəndiyi məlumatlar əsasında müxtəlif məsələlərin həllində iştirak edir. Bu isə nəticə etibarilə insanlarda təhlil, düşünmə və öyrənmə ehtiyacını azaldır. Əgər cavablar asanlıqla süni intellekt vasitəsilə əldə edilirsə, insanlar - istər böyüklər, istər uşaqlar - məlumat axtarmağa, düşünməyə və yadda saxlamağa daha az maraq göstərməyə başlayırlar.

Əgər insan öyrənmir, yadda saxlamır və tətbiq etmirsə, zamanla yaddaşı zəifləyir və beyin aktivliyi azalır. Bu, süni intellektin tətbiq olunduğu sahələrdə də özünü göstərir. Süni intellekt yalnız təhsildə deyil, səhiyyə, nəqliyyat və digər sahələrdə də istifadə olunur və bu da insanın zehni fəallığını müəyyən dərəcədə azalda bilər.

Bununla yanaşı, risklərin mövcudluğundan danışarkən qeyd etməliyəm ki, süni intellektin etik davranış qaydaları da tədricən formalaşdırılır və daim yenilənir. Əsas məqsəd onun insan rifahına xidmət etməsidir. Məsələn, səhiyyə sahəsində süni intellekt elektron reseptlərdə həkimlə məsləhətləşməni tövsiyə edir. Yəni qərarların yalnız süni intellektə əsaslanması risklidir və bu risklər barədə sistem öncədən xəbərdarlıq edir.

Bütün sahələrdə istifadə olunan süni intellekt ümumi qaydalarla işləyir. İstər cinayətkarlıq, istər ekstremizm, istər terrorçuluq olsun, bu mövzularda süni intellekt müəyyən davranış qaydalarını sərgiləyir. Məsələn, kimsə bomba düzəltmək və ya partlatmaq istədikdə süni intellekt ona kömək etməyəcək və proses burada dayandırılacaq, stop verəcək. Bu ümumi davranış qaydaları öyrənmə mərhələsindən başlayaraq tətbiq olunur. Xüsusi olaraq təhsil sahəsinə aid intellekt modeli yoxdur, model bütün sahələrdə eyni etik davranış qaydalarına əsaslanır”-deyə ekspert qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri