Çində çap olunan çoxcildlikdə Azərbaycanın XXI əsr ədəbiyyatına xüsusi fəsil ayrılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 21 noyabr, AZƏRTAC
Pekin Xarici Dillər Universitetinin (PXDU) professoru Mu Honqyənin elmi rəhbərliyi altında “Yeni əsr Şərq ədəbiyyatı üzrə tədqiqatlar” çoxcildliyi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, 23 cildlik kitabda Asiya ölkələrinin XXI əsr ən müasir ədəbiyyatı üzrə tədqiqatlar toplanıb. Çoxcildlikdə ən müasir Azərbaycan ədəbiyyatına xüsusi fəsil ayrılıb. Fəslin müəllifləri PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Azərbaycan dili ixtisası üzrə təhsil almış, Çin Siyasi Elmlər və Hüquq Universitetinin doktorantı Hu Aycinqdir. Azərbaycana aid fəsildə XXI əsr Azərbaycan ədəbiyyatının əsas cərəyanları araşdırılıb, yazıçı və şairlərin yaradıcılığı barədə məlumat verilib. Fəsildə ənənəvi janrlarda yazılan roman və hekayələrə, ən müasir Azərbaycan ədəbiyyatında realizm və postmodernizm cərəyanlarının inkişaf istiqamətlərinə, yeni əsr Azərbaycan peziyasının ümumi mənzərəsinin təsvirinə, xüsusilə çağdaş Azərbaycan poeziyasında müahirəbə və qəhrəmanlıq mövzularının təhlilinə geniş yer ayrılıb.
Qeyd edək ki, çoxcildlik Çin Xalq Respublikası Humanitar Elmlər Fondunun əsas qrantına layiq görülüb. Bu qrant Çində humanitar elmlər sahəsində ən yüksək və prestijli elmi nailiyyətdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















