Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir ki, bu da bir çox istehlakçıların mobil telefonlarını dəyişdirməsinin orta müddətindən azdır.
Moderator.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının "Hejun Consulting" şirkəti ilə birlikdə hazırladığı "Çində avtomobillərin satışından sonra xidmət bazarının inkişafı üzrə 2025-ci il üçün İllik Hesabat"ında deyilir.
Bununla yanaşı, ənənəvi daxili yanma mühərrikli (DYM) avtomobillərin orta yaşı 8,2 ilə çatıb, belə maşınların isə demək olar ki, 60%-i yeddi ildən çox istismar edilir.
Elektromobillərin tez-tez dəyişdirilməsi texnologiyaların sürətlə köhnəlməsi ilə izah olunur: "İki-üç il əvvəl buraxılmış maşınlar azalmış gediş ehtiyatı, aşağı şarj səmərəliliyi və məhdud hesablama gücü nümayiş etdirir".
"21st Century Business Herald" işgüzar nəşrinin hesabatına görə, Çində yeni avtomobillərin hazırlanması dövrü 18-24 aya qədər qısalıb ki, bu da ənənəvi benzin mühərrikli avtomobillər dövrü üçün xarakterik olan 60 aydan əhəmiyyətli dərəcədə azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 İyul 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















