Çində güclü tayfunla bağlı 420 mindən çox insan təxliyə edildi
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Çinin şərq sahillərinə yaxınlaşan güclü "Delfin" tayfunu ilə əlaqədar 420 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olaraq təxliyə olunub. Şanxayda isə sahilyanı ərazilərdən 30 mindən çox insan təhlükəsiz yerlərə yerləşdirilib.
Çin Meteorologiya İdarəsi avqustun 8-də tayfunla bağlı təhlükə səviyyəsini dördüncü pillədən üçüncü pilləyə yüksəldib. Ölkədə fövqəladə hallara reaksiya sistemi dörd səviyyədən ibarətdir və birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Məlumata görə, "Delfin" tayfununda küləyin sürəti saniyədə 40 metrdən artıqdır. Güclü təbiət hadisəsinin avqustun 9-dan 10-na keçən gecə Çinin şərq sahillərinə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib
14 Sentyabr 2026 12:23
Çində tayfun həyəcanı 340 mindən çox insan təxliyə olundu
25 İyul 2026 22:56
Çində güclü yağışlar fəlakətə səbəb oldu: 10 ölü, 21 mindən çox təxliyə
19 Avqust 2026 14:41
Çində güclü zəlzələ: Minlərlə insan təxliyə edilib
18 May 2026 07:35
Çində daşqınlar səbəbindən 50 mindən çox sakin təxliyə edilib
07 İyul 2026 15:25
Baxış sayı:110
Bu xəbər 08 Avqust 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















