Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 sentyabr, AZƏRTAC
Çinin cənubundakı Haynan əyalətində davam edən güclü yağışlar səbəbindən təhlükəli ərazilərdən 31 mindən çox insan təxliyə edilib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əyalətin altı şəhər və rayonlarında yağıntının miqdarı 300 millimetri ötüb, ən yüksək göstərici isə Vanninq şəhərində (452,1 mm) qeydə alınıb.
Təbii fəlakətlə əlaqədar bölgədə daşqın nəzarəti üzrə təcili yardım tədbirləri yüksək səviyyəyə çatdırılıb. Təhlükəsizlik məqsədilə altı rayonda məktəblər, səkkiz rayonda isə turistik məkanlar bağlanıb, yollarda hərəkət məhdudlaşdırılıb.
Hazırda xilasetmə qrupları fəlakət zonalarında qabaqlayıcı tədbirlər həyata keçirir.
Bu mövzuda digər xəbərlər:Çində güclü yağışlar nəticəsində 31 nəfər ölüb
02 Avqust 2025 17:36
Çində güclü yağışlar fəlakətə səbəb oldu: 10 ölü, 21 mindən çox təxliyə
19 Avqust 2026 14:41
Çində güclü tayfunla bağlı 420 mindən çox insan təxliyə edildi
08 Avqust 2026 22:01
Pekində güclü yağışlar: 82 mindən çox insan təxliyə edildi
05 Avqust 2025 10:15
Çində güclü zəlzələ: Minlərlə insan təxliyə edilib
18 May 2026 07:35
Baxış sayı:132
Bu xəbər 14 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















