Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Çinin Sian şəhərində 67 yaşlı xəstəyə robotların köməyi ilə ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu, Çində ilk, dünyada isə üçüncü belə əməliyyatdır.
AZƏRTAC Çinin “China Daily” qəzetinə istinadla xəbər verir ki, əməliyyat oktyabrın 5-də icra olunub. Həkimlərin sözlərinə görə, minimal invaziv üsul cərrahi travmanı, qanaxma və infeksiya riskini azaltmağa, eləcə də sağalma müddətini qısaltmağa imkan verir. Əməliyyatdan sonra xəstə həmin gün süni tənəffüs aparatından ayrılıb və hazırda müstəqil hərəkət edə bilir.
Əməliyyata rəhbərlik edən cərrah Yan Yanq bildirib ki, bu üsul xüsusilə yaşlı, yanaşı xəstəlikləri olan və ənənəvi ürək transplantasiyası əməliyyatına dözməkdə çətinlik çəkə biləcək xəstələr üçün perspektivlidir.
Qeyd edək ki, robotların köməyi ilə ilk ürək transplantasiyası 2024-cü ildə Səudiyyə Ərəbistanında, ikinci əməliyyat isə 2025-ci ildə ABŞ-də həyata keçirilib. Robotlaşdırılmış ürək transplantasiyası hələ ilkin tədqiqat mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















