Icma.az
close
up
RU
Çində keçirilən ŞƏT sammitindən sonra yaranan yeni geosiyasi reallıqlar ŞƏRH

Çində keçirilən ŞƏT sammitindən sonra yaranan yeni geosiyasi reallıqlar ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammiti, qlobal güc balansının dəyişdiyi bir dövrdə baş tutdu. Bu sammit yalnız iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də dövlətlərin siyasi çəkisinin aydın göründüyü arena idi".

Bu fikirləri Redaktor.az-a ŞƏT-in son sammitindən bəhs edən politoloq Qəvami Sadıqbəyli bildirdi. Onun sözlərinə görə, sammitin gedişindəki məqamlar Rusiya Federasiyasının mövqeyinin zəiflədiyini üzə çıxardı:

"Ukraynada davam edən müharibə Moskvanın həm iqtisadi, həm də siyasi resurslarını tükəndirib. Bu, yalnız Qərb qarşısında deyil, həm də ənənəvi tərəfdaşları qarşısında Rusiyanın imkanlarını məhdudlaşdırır. Rusiya artıq regional proseslərdə əvvəlki kimi həlledici söz sahibi deyil. ŞƏT sammitinin təşkilatçısı olan Çin isə öz mövqeyini daha da gücləndirdi. Si Cinpinin çıxışları və təşəbbüsləri göstərdi ki, Çin yalnız iqtisadi supergüc olaraq deyil, həm də təhlükəsizlik və regional siyasətdə əsas oyunçuya çevrilib. Bu, həm postsovet məkanında, həm də Cənubi Qafqazda Pekinin nüfuzunun artması deməkdir. Cənubi Qafqazda baş verən proseslər fonunda Rusiyanın regionda təsiri hər gün azalır. Ermənistanın Rusiyadan asılılığı zəifləyir, İrəvanın yeni təhlükəsizlik modellərinə ehtiyacı artır".

Politoloq vurğuladı ki, sammitin gedişində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi xüsusi əhəmiyyət kəsb etdi:

"O, bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarına əsaslanan balanslı siyasət yürüdür. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm Qərb, həm də Şərq platformalarında etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət ölkəmizə regional proseslərdə söz sahibi olmaq imkanı yaradır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında oynadığı rol, “yaşıl enerji” sahəsində yeni layihələrə qoşulması, həmçinin Zəngəzur dəhlizi ideyasının gündəmdə saxlanılması ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunur".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri