Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Çində kilometrlərlə uzanan və böyüməyə davam edən nəhəng çat yaranıb

Çində kilometrlərlə uzanan və böyüməyə davam edən nəhəng çat yaranıb

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Çinin şimal-mərkəzi hissəsində yerləşən Pınlu vadisi təxminən 10 kilometr uzunluğa, 2 kilometrədək enə və 100 metrədək dərinliyə malikdir. Alimlər bu ərazini yer qabığının hərəkəti ilə əlaqəli aktiv rift sisteminin bir hissəsi hesab edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "WP Tech" yazıb.

Pınlu vadisinin demək olar ki, şaquli divarları fantastik film dekorasiyasını xatırladır. Bu səbəbdən vadidən hətta 2016-cı ildə çəkilmiş "Böyük Çin səddi" filmində də istifadə olunub.

Lakin Pınlu yalnız su və küləyin təsiri nəticəsində formalaşmayıb. O, uzunluğu 1200 kilometrdən çox olan Şansi aktiv rift sisteminin bir hissəsidir. Nəhəng geoloji struktur Şansi əyalətindən Vey çayı vadisinə qədər uzanır və Çinin bu hissəsində yer səthinin tədricən parçalanmasına səbəb olur.

Şimali Çin blokunda yer qabığının dartılması təxminən 10–12 milyon il əvvəl başlayıb və bu proses hazırda da davam edir. Tektonik qüvvələrin təsiri ilə yer qabığının ayrı-ayrı blokları aşağı və yuxarı doğru hərəkət edir. Nəticədə dərin çökəkliklər və kəskin geoloji pillələr yaranır.

Bəzi hesablamalara görə, Pınlu vadisinin uzunluğu ildə təxminən 0,5–1,6 millimetr artır. GPS müşahidələri bu prosesin bir neçə amildən asılı olduğunu göstərir. Bunların arasında Hindistanın Avrasiya ilə toqquşması nəticəsində yaranan təzyiq, litosferin zəifləməsi və yer mantiyasındakı proseslər var.

Şansi əyalətində geniş yayılmış lös örtüyü də qeyri-adi landşaftın formalaşmasına təsir göstərir. Bu material su ilə asanlıqla yuyulduğundan tektonik pillələr sürətlə dərin yarğanlara və demək olar ki, şaquli divarları olan kanyonlara çevrilir.

Bölgə həmçinin seysmik baxımdan aktiv hesab olunur. 1556-cı ildə tarixdə məlum olan ən dağıdıcı zəlzələlərdən biri məhz bu ərazidə baş verib. Hadisə nəticəsində 800 mindən çox insan həyatını itirib. Ölənlərin böyük hissəsi lös süxurlarında qazılmış mağara tipli yaşayış yerlərinin uçması nəticəsində həlak olub.

Bu gün Pınlu vadisi turistləri və fotoqrafları cəlb edir. Alimlər üçün isə o, Çinin bu hissəsində yer qabığının dəyişməyə davam etdiyini göstərən əyani nümunədir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri