Çində neyrointerfeyslərin 3 5 il ərzində geniş tətbiqi proqnozlaşdırılır
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Çində "beyin-kompüter" neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib.
Oxu.Az xəbər verir ki, məlumatı Ferra.ru yayıb.
Çinin Siçuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə, texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək.
Qeyd olunur ki, ölkənin yeni beşillik iqtisadi inkişaf planında neyrointerfeyslər kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib.
Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə ABŞ ilə eyni səviyyəyə çatıb. Bu il isə 50-dən çox pasiyentin sınaqlara cəlb olunması planlaşdırılır.
Baxış sayı:115
Bu xəbər 09 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















