Çində pirotexnika zavodunda partlayış nəticəsində 20 dən çox ölən, 60 dan çox yaralı var
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Çinin Çanşa şəhərində pirotexnika zavodunda baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, əraziyə təxminən 500 xilasedici cəlb olunub, partlayış təhlükəsi ilə əlaqədar insanlar təxliyə edilib. Bildirilir ki, yaxınlıqdakı iki anbarın qara barıtla dolu olması əlavə risk yaradıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin hadisənin hərtərəfli araşdırılmasına dair göstəriş verib.
Hazırda partlayışın səbəbləri müəyyənləşdirilir.
Axtarış-xilasetmə əməliyyatlarında fövqəladə xidmətlər tərəfindən üç robotdan istifadə olunub.
Bu mövzuda digər xəbərlər:Çində zavodda partlayış 200 dən çox...
27 May 2025 13:49
Çində restoranda partlayış: xeyli sayda ölən var
29 Aprel 2025 18:27
ABŞ Yəməni VURDU: 20 dən çox ölən var
18 Aprel 2025 05:43
Hindistanda partlayış: Çox sayda ölən var
20 Aprel 2026 12:00
Çində metallurgiya zavodunda partlayış: Ölənlər var
18 Yanvar 2026 19:03
Baxış sayı:122
Bu xəbər 05 May 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















