Icma.az
close
up
RU
Çində sensasiya doğuracaq addım: Rubio ona məktub yazdı Mətndə nələr var?

Çində sensasiya doğuracaq addım: Rubio ona məktub yazdı Mətndə nələr var?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ dövlət katibi Marko Rubio anti-Çin siyasətində Ağ Ev sahibi Donald Trampı xeyli üstələyib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Marko Rubio Pekini qəzəbləndirəcək daha bir addım atıb:

“O, Tibetin mühacirətdə olan “prezidenti” Penpa Tserinqə məktub göndərib. Rubio məktubda tibetlilərin insan haqlarını təşviq etmək və qisas almaq qorxusu olmadan öz fundamental azadlıqlarını həyata keçirməkdə ABŞ-ın sarsılmaz öhdəliyini təkrarlayıb. Bu, ABŞ-ın Tibet məsələsinə davamlı dəstəyinin nümayişi kimi qiymətləndirilib.

Tibet “prezidenti” bildirib ki, Mərkəzi Tibet Administrasiyasının məqsəd və proqramları ABŞ-ın hazırkı hökumətinin məqsədlərinə və ən əsası Tibet xalqının daha böyük ambisiyalarına uyğun olmalıdır. Açıqlamada USAİD-in yardımının dayandırılmasına baxmayaraq, Vaşinqtonun bir çox platformalarda Tibetə dəstəyinin davam edəcəyi vurğulanıb”.

Politoloq bildirib ki, Rubio Donald Trampın razılığı olmadan Tibetin “prezidentinə” məktub yaza bilməzdi:

“Ağ Ev sahibi bilməli idi ki, Pekin bu məktuba sərt münasibət göstərəcək. Tibetin mühacir hökumətinin “rəhbərinin” 60 ildə ilk dəfə 2020-ci ildə Vaşinqtona səfərə dəvət olunması da Çində böyük narazılıq yaratmışdı. 5 il əvvəl Ağ Ev və Dövlət Departamentində görüşlər təşkil edilmişdi. Tibetin mühacir hökuməti Hindistan ərazisində yerləşir. Pekin onları separatçı hesab edir. Görünür, Vaşinqton Tibetin mühacir hökuməti ilə əlaqələri genişləndirmək üzərindən də Pekinə təzyiqi artıracaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri