Icma.az
close
up
RU
Çindəki uyğurların Türkiyəyə köçürülməsi o qədər də zəif iddia deyil TƏHLİL

Çindəki uyğurların Türkiyəyə köçürülməsi o qədər də zəif iddia deyil TƏHLİL

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

İddiaya görə, tərəflər görüşdə 3 milyon uyğur türkünün Türkiyəyə köçürülməsini müzakirə ediblər. Həmin şəxslərin əkinçilik və xidmət sektoruna yönəldiləcəyi bildirilib.

Əvvəlcə qeyd edim ki, görüşdə bu mövzunun müzakirə edildiyi rəsmi olaraq açıqlanmayıb. Yəni hələlik bu, sadəcə iddiadır, amma əsassız da deyil. Ümumiyyətlə, uyğur problemi Ərdoğanın həm şəxsi karyerasında, həm də Türkiyə xarici siyasətində, Çinlə münasibətlərdə mühüm yer tutur. 2000-ci illərin əvvəllərində, xüsusilə AKP iqtidarının ilk dövrlərində, Ərdoğan və Türkiyə hakimiyyəti uyğur türklərinin hüquqlarını açıq şəkildə müdafiə edirdi. 2009-cu ildə isə Ərdoğan Çin hökumətinin uyğurlara qarşı fəaliyyətlərini “demək olar ki, soyqırım” kimi qiymətləndirmişdi. Bu, Türkiyə liderindən gələn çox sərt və nadir tənqidlərdən biri idi və ideoloji-mədəni baxımdan türk-islam həmrəyliyi xətti üzərində qurulmuşdu.

Lakin zaman keçdikcə, xüsusilə də Türkiyənin Qərb blokundan qismən uzaqlaşması və Çinlə iqtisadi əlaqələrin dərinləşməsi bu ritorikada ciddi dəyişikliklərə səbəb oldu. Türkiyə “Bir Kəmər, Bir Yol” təşəbbüsündə önəmli mövqe tutmağa başladı və Çin investisiyalarına ehtiyac duyuldu. Bu kontekstdə uyğur məsələsində Ankaranın ritorikası tələbkarlıqdan daha sakit və diplomatik mövqeyə keçdi.

Görünür, Ankara uyğurlarla bağlı siyasətini dəyişib, amma geri dönməyib. Çünki Çinlə münasibətlərdən başqa, Türkiyə üçün də yeni problemlər yaranıb. Türkiyə ciddi bir demoqrafik dəyişiklik dövrünə girib. Xüsusilə şərq və cənub-şərq bölgələrində kürd əhalisi sürətlə artır. Üstəlik, əvvəlki illərlə müqayisədə Türkiyədəki kürdlərin milli kimliyi daha oyaq, siyasi fəallığı isə daha yüksəkdir. Bu, Ankara üçün tarazlığı poza biləcək potensial təhlükə kimi görünür. Bu narahatlıq təkcə AKP iqtidarının yox, daha geniş siyasi və bürokratik dairələrin də diqqətindədir.

Ankara uzun müddətdir Türkiyədə sürətlə dəyişən etnik vəziyyəti balanslaşdırmaq üçün əlavə vasitələr axtarır. Məsələn, Rusiya–Ukrayna müharibəsi fonunda işğala məruz qalan Krım tatarlarına Türkiyə qucaq açdı. Onların sayı az olsa da, Ankaranın ehtiyat planları var. Məsələn, Əfqanıstan və Mərkəzi Asiya ölkələrindən gələcək miqrantlara vətəndaşlıq verilməsi, Türkiyədə ailə qurması kimi məsələlərdə güzəştlər gündəmdədir. Özbəkistanın başına bəla olan və bir müddət öncə iğtişaşlarda yer alan qaraqalpaqların belə Türkiyəyə köçü məsələsi buna misal ola bilər. Türkiyənin etnik problemdən xilas yolu kimi, ehtimal edilən İsrail–İran müharibəsi fonunda Güney azərbaycanlıların ölkənin şərqinə köçürülməsi də aktual bir layihə ola bilər. Üstəlik, bu məsələyə İranda da ciddi maraq var.

Bütün bunların fonunda Çindəki uyğurların Türkiyəyə köçürülməsi o qədər də zəif iddia deyil. Məlum olduğu kimi, Çin üçün Şərqi Türküstanda (Sincan-Uyğur Muxtar Bölgəsi) yaşayan uyğurlar etnik və dini baxımdan sistemə uyğun gəlməyən, potensial separatçı və Çin sivilizasiyasına “yad” bir toplum kimi qəbul olunur. Pekin uzun illərdir bu əhalini assimilyasiya etməyə çalışır, lakin ciddi müqavimətlə üzləşir. Dolayısı ilə uyğur əhalisini “yumşaq şəkildə” bölgədən uzaqlaşdırmaq Çinin maraqlarına uyğundur. Xüsusilə də Türkiyə kimi ortaq dil, din və mədəniyyət daşıyıcısı olan bir ölkə bu prosesdə maraqlı ola bilər.

Uyğurlar üçün əslində Anadolu coğrafiyası o qədər də yad deyil. Xarəzmşah Cəlaləddin, sonrasında Monqol istilaları dövründə və əlbəttə Əmir Teymurla birlikdə Anadoluya fərqli vaxtlarda uyğur tayfa və sərkərdələri gəlib yerləşib. Uyğurlar həmin dövrdə mədəni baxımdan inkişaf etmiş, yazı dili olan, Buddizm, Maniheizm və sonradan İslamla tanış olmuş, yüksək idarəçilik qabiliyyətinə sahib türkdilli topluluq idi. Onların gətirdiyi kitabəçilik, astronomiya, dövlət idarəçiliyi və sənətkarlıq ənənələri Anadolu Səlcuqları və sonrakı bəyliklər dövründə mühüm iz buraxıb.

Hətta uyğurlar Anadolu Səlcuqlarının süqutundan sonra, 14-cü əsrdə Anadolunun şərqində – Sivas və Kayseri mərkəzli Eretna dövlətini qurublar. Bu dövlətin qurucusu Ərtəna bəy Monqol İmperiyası içərisində mühüm yer tutan uyğur–türk zadəganlarından sayılır. Onların dili, idarə sistemi və mədəniyyəti Anadoluya uyğunlaşdırılmış, lakin uyğur irsini özündə qoruyub saxlamışdı. Əgər uyğurların Türkiyəyə köçü ssenarisi doğrudursa və reallaşacaqsa, bu zaman onların “qərib” və ya “yad” olmadığını göstərmək üçün bu tarixi yaddaş mühüm ideoloji baza rolunu oynaya bilər. Ərdoğan hakimiyyəti və ya Türkiyənin “dərin dövlət” strukturları uyğurların Anadolu torpaqlarına tarixi bağlılığını vurğulayaraq onların inteqrasiyasını asanlaşdırmaq və ictimai qəbul səviyyəsini artırmaq üçün bu tip tarixi paralelləri aktiv şəkildə istifadə edə bilər. Bu, həm də “biz əsrlərdir birgə idik, indi yenidən birləşirik” kimi romantik-milli diskursa yol açar və prosesə humanitar xarakter verməklə, geosiyasi manipulyasiyaları gizlətmiş olar.

Məsələyə din və ideoloji baxımdan yanaşdıqda da uyğurların Türkiyəyə köçürülməsi Ərdoğan və AKP iqtidarı üçün sərfəlidir. Çünki Çindəki uyğurlar müsəlman-türk ideologiyasına sahibdir. Yəni AKP siyasətinə rahat inteqrasiya oluna bilərlər.

Uyğurların xüsusilə əkinçilik və xidmət sektoruna yönləndirilməsi də əhəmiyyətlidir. Bu, bir tərəfdən onların iqtisadi cəhətdən asılı və ucuz işçi qüvvəsi kimi istifadə edilə biləcəyini göstərir. Digər tərəfdən isə daha dərindən düşünülmüş bir sosial mühəndislik planı ola bilər: yəni uyğurlar strateji bölgələrə, xüsusilə də kürd əhalinin dominant olduğu vilayətlərə yerləşdirilərək etnik balans dəyişdirilə bilər. Bu, Türkiyə dövlət tarixində əvvəllər də istifadə edilmiş bir metoddur. 20-ci əsrin əvvəllərində bəzi bölgələrdə erməni və kürd əhalisinin yerinə Balkanlardan köçürülən türklərin yerləşdirilməsi buna misaldır.

Turan Rzayev, Politoloq

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri