Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Çindən ABŞ a, Avropadan Asiyaya şirkətlərin böyük rəqabəti başlayır və bütün yollar Azərbaycandan keçir

Çindən ABŞ a, Avropadan Asiyaya şirkətlərin böyük rəqabəti başlayır və bütün yollar Azərbaycandan keçir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Gənc MÜSİAD”ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) keçirilib. Bizimyol.info xəbər verir ki, 1 noyabr tarixində Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) tədbiri keçirilib.

Tədbirdə çıxış edən Pasha Management Company Grup Satın Alma Müdiri Qəhrəman Abbasov bildirib ki, insan və texnologiya - bu ikisi bərabər olduğu müddətdə ortaya effektiv nəticə çıxır: “Məqsədim gənclərə faydalı bilgi təmin etməkdir. Öncə onu qeyd edim biz Pasha Holding şirkəti olaraq Azərbaycanda innovasiya, texnologiya və yeniliklərə ən böyük yatırım edən, dəstək verən və icra edən firmalardan biriyik.

Gənc nəslin texnologiya ilə bağlı düşünməli olduğu bir neçə məsələ var. İstəyir effektiv idarəetmə, istəyir fərqli texnoloji məhsullar olsun insandan asılı olan bir şeydir. Yəni insan və texnologiya - bu ikisi bərabər olduğu müddətdə ortaya effektiv nəticə çıxır. Mükəmməl texnologiyalar var ki, onu təqdim etməyə insan yoxdur və ya düzgün təqdim edə bilən yoxdur. Bununla bağlı gənclərə tövsiyəm o olardı ki, mütləq qaydada ölkəmiz üçün fayda verməyi birinci amil olaraq qarşılarına məqsəd qoymalıdır. Mənim fikrimcə, karyera, uğur, pul qazanmaq ikinci aspekt olmalıdır. Hər bir gənc özünə sual verməlidir ki, biz nə edək ki, hal-hazırdakı rəqabətə tab gətirə bilək. Mənim şəxsi təcrübəmdə 50-dən çox gənc tələbəyə tam təminatsız formada karyerasını inkişafı ilə bağlı istiqamət vermişəm. Hər zaman da dediyim kimi, bu gün geniş araşdırmaya tələbat var və çalışın ki, məsələyə həmişə gələcəyə doğru baxın. Ölkəmizə necə fayda verə bilərsiniz, bunu düşünün. Yəni pul qazanmaq artıq çox asanlaşıb.

Şirkətlərlə bağlı onu bildirmək istəyirəm ki, bir çox şirkətlərlə görüşlər keçiririk, böyük layihələr icra edirik. Yaxın dövr çox rəqabətcil olacaq. İstər təhsil sahəsində, istər biznes sahəsində bizi maraqlı bir dövr gözləyir. Bu, artıq yeni bir eranın başlanğıcıdır. Çin, Orta Asiya şirkətləri, ərəb şirkətləri və Avropa şirkətlərinin böyük rəqabəti başlayır. Bunun ortasında Azərbaycan iqtisadi mərkəzə çevrilir. Yəni bütün oxlar burdan keçəcək. Ona görə də bu balansı saxlamaq və Azərbaycanın inkişafı ilə bağlı tədbirlər görməliyik.

Bir məlumatı da qeyd etmək istəyirəm ki, Azərbaycan gənc nəsil üçün neft sektorunda neft satan, nefti ilə, iqtisadiyyatı ilə məşhur olan bir ölkə olsa da, hal-hazırda burda bir balans yaranıb. Qeyri-neft sektoru, kənd təsərrüfatı, qida, inşaat, sənaye və sair Azərbaycanda çox sürətlə inkişaf etməkdədir. İstiqamət olaraq bildirim ki, yəni təkcə texnologiya fokuslanmasınlar, texnologiyanın yanında qida və digər sektorlara da mütləq qaydada araşdırma tələb olunur. Bununla bağlı istərdim ki, çox yaxşı çalışmalar etsinlər. Biz də hər zaman həm Pasha Holding olaraq, həm fərd olaraq istənilən halda, istənilən məsləhət və dəstəyə hazırıq. Qürur duyuram ki, belə bir tədbirin bir parçasıyıq”.

GlocalBASE şirkətinin qurucusu Melih Elidüzgün tədbirdə çıxış edərək qeyd edib ki, əvvəllər qlobal bazarlara çıxış daha çətin idisə, bu gün bu imkanlar daha əlçatan vəziyyətə gəlib: “Bu qədim şəhərdə bu vəsilə ilə olmaq mənim üçün çox böyük bir qürurdur. Bakıda neçə dəfə olduğumun sayını bilmirəm. Bu gün mənim üçün həqiqətən çox ayrı bir anlam ifadə edir. Çünki ölkələrimiz üçün bu cür addım atılmasını önəmli bilirəm.

Burda nə qədər tələbələr var. Bir daha da qürur duydum. Zatən mən də özümü evimdəki kimi hiss edirəm. Bir millət, iki dövlət şüarı ilə yaşadığım bir yerdə bir daha gənclərlə qürur duydum. Çünki gənclik çalışmalarının bu qədər dəyər gördüyü bir yerdə şənbə günü görüləcək daha başqa işləri varkən burada olması onların bu məsələni nə qədər önəmsədiyini göstərir.

Əslində bölgəmizdə ticarət körpülərini qurarkən, bizim zatən illərdən bəri fərqli bir bağımız var. İki ölkə arasındakı bu bağ çox fərqli bir yerdə. Özəlliklə, Qarabağ zəfərindən sonra gəldiyimiz nöqtə bambaşqa bir yerdə. Bunun kommersiya baxımından çox daha gözəl inkişafa vəsilə olacağına əminəm. Gənclərin bu məsələyə yanaşması çox qiymətli və dəyərlidir.

Bahçeşehir Universitetində Azərbaycandan təxminən 400 məzunumuz var. Orada ən vacib məsələ, mədəni müxtəliflik içində birlikdə işləmə bacarığıdır. Artıq 10 ilə yaxındır ki, məzunlarımız öz şəxsi şirkətləri ilə yanaşı, bir çox layihələrdə birgə fəaliyyət göstərməyə başlayıblar. Bu, əslində dostluq, qardaşlıq və qarşılıqlı bağlılıq ruhunu daha da gücləndirir.

Günümüzdə inkişaf edən texnologiya ilə yanaşı, təəssüf ki, həm fürsətlər, həm də məhdudiyyətlər artır. Əvvəllər qlobal bazarlara çıxış daha çətin idisə, bu gün bu imkanlar daha əlçatan vəziyyətə gəlib. Xüsusilə, son dövrlərdə süni intellektin həyatımıza sürətlə daxil olması - illəri aylara, ayları həftələrə, həftələri günlərə, bəlkə də saatlara qədər sıxışdırması - çox sürətli bir transformasiyaya səbəb olub. Bu keçid dövrünü vaxtında yaxalaya bilənlər üçün ciddi rəqabət üstünlüyü yarana bilər.

Azərbaycanda da son zamanlar süni intellekt sahəsindəki təşəbbüsləri müşahidə edirik. Düşünürəm ki, bu, müzakirə etdiyimiz məsələlərə çox ciddi təsir göstərə bilər. Əvvəlcə bu texnologiyalar bir icma mədəniyyəti formalaşdıra bilir. Mövcud əlaqələrin davamlı bir işbirliyinə çevrilməsi, həm də qarşılıqlı mədəni bağlılığımız və ticarət əməkdaşlığımız bu sahədə yeni imkanların yaranmasına təkan verəcək”.

Tədbirdə çıxış edən Rektor müşaviri dosent Dr. Yücel Batu Salman bildirib ki, sahibkarlıq sadəcə iqtisadi fəaliyyət deyil, bu, bir mədəniyyətdir: “Texnologiya və onun yaratdığı dönüşüm prosesi çox sürətli şəkildə baş verir. Bu, təkcə gündəlik həyatımıza deyil, davranış formalarımıza, gözləntilərimizə, iş görmə tərzimizə və öyrənmə üsullarımıza da təsir göstərir.

2003-cü ildən bəri universitetdə məsləhətçi kimi fəaliyyət göstərirəm. Dəyişiklik prosesi ilə paralel olaraq davranış modellərimiz də dəyişir. Xüsusilə yeni nəsillə bağlı bilikləri çatdırmaqda çətinlik çəkirik. Bu səbəbdən daha diqqətçəkən və konkret metodlarla yanaşmaq məhsuldarlığımızı artıracaq.

Hər bir sahədə baş verən dəyişikliklər tədrisə də təsir edir. Tələbə profilimiz artıq fərqlidir. Bu səbəbdən müəllim profili də sürətlə dəyişməlidir. Yeni texnologiyalar yeni bacarıq dəstlərini ortaya çıxarıb. Bunu həm iş dünyasında, həm də akademiyada müşahidə edirik”.

Dr. Yücel Batu Salman qeyd edib ki, sahibkarlıq sadəcə iqtisadi fəaliyyət deyil, həm də mədəniyyətdir: “Yeni texnologiyaların təqdim etdiyi imkanlardan daha intellektual şəkildə istifadə etməyi öyrənməliyik. Ənənəvi yanaşmada biz doğru cavabı mükafatlandırırıq. Amma sahibkarlıqda əslində doğru sualı vermək daha önəmlidir. Bu sualları vermək üçün cəsarətə ehtiyac var. Silikon Vadisi coğrafi məkandan çox bir düşüncə və mədəniyyət modelidir. Orada uğurlu sahibkarlıq hekayələri olduğu kimi, uğursuzluqlar da çoxdur. Buna görə də doğru suallar vermək bacarığı əsas xüsusiyyətlərdən biri olmalıdır”.

Sonda Dr. Yücel Batu Salman qeyd edib ki, texnoloji dəyişiklikləri yalnız texniki prizmadan deyil, eyni zamanda sosial, insani və etik baxımdan da qiymətləndirmək vacibdir: “Bu səbəbdən multidisiplinar şəkildə işləyə bilməli, texnologiyaya əsaslanan problemlərə genişmiqyaslı yanaşma göstərməliyik”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see231

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see228

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see207

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see193

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see165

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see137

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri