Icma.az
close
up
RU
Çinə səfər etmiş ABŞ liderləri SİYAHI

Çinə səfər etmiş ABŞ liderləri SİYAHI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

13-15 may tarixlərində ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Beynəlxalq medianın məlumatına görə, səfər çərçivəsində ABŞ-Çin münasibətləri, ticarət müharibəsi, texnologiya rəqabəti və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq.

Modern.az xəbər verir ki, Vaşinqton və Pekin arasında liderlərin qarşılıqlı səfərləri dünya siyasətinin ən mühüm diplomatik hadisələri sırasında hesab olunur.

ABŞ tarixində Çinə ilk səfər edən prezident Riçard Nikson olub. O, 1972-ci ildə Pekinə gedərək Mao Tszedun və Çjou Enlay ilə görüşüb. Həmin səfər ABŞ-Çin münasibətlərində dönüş nöqtəsi hesab edilir və “Soyuq müharibə” dövrünün ən mühüm diplomatik addımlarından biri sayılır.

1975-ci ildə Cerald Ford da Çinə səfər edib və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparıb.

1984-cü ildə Ronald Reyqan Pekində danışıqlar keçirib. Səfər zamanı iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri əsas gündəmdə olub. Corc Herbert Uoker Buş isə Çinlə ən yaxın əlaqələri olan Amerika liderlərindən hesab edilir. O, prezident seçilməzdən əvvəl ABŞ-nin Pekindəki nümayəndəliyinə rəhbərlik edib və 1989-cu ildə Çinə səfər edib.

1998-ci ildə Bill Klinton Çinə səfər edən növbəti ABŞ prezidenti olub. Səfər zamanı insan haqları, iqtisadi münasibətlər və Tayvan məsələsi əsas müzakirə mövzuları sırasında yer alıb.

Corc Buş prezidentliyi dövründə Çinə bir neçə dəfə səfər edib. O, 2001, 2002, 2005 və 2008-ci illərdə Pekində olub. Buş həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.

Barak Obama isə 2009, 2014 və 2016-cı illərdə Çinə səfər edib. Onun səfərlərində iqlim dəyişiklikləri, beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri əsas yer tutub.

2017-ci ildə Donald Tramp Pekində xüsusi dövlət mərasimi ilə qarşılanıb. O, Çin lideri Si Cinpin ilə görüşərək ticarət münasibətləri, Şimali Koreya və qlobal təhlükəsizlik məsələlərini müzakirə edib.

Co Bayden prezident kimi Çinə səfər etməsə də, vitse-prezident olduğu dövrdə Pekinə bir neçə dəfə gedib.

Çin liderlərinin ABŞ-yə səfərləri də iki ölkə münasibətlərində xüsusi əhəmiyyət daşıyıb. 1979-cu ildə Den Syaopin ABŞ-yə tarixi səfər edib. O, Vaşinqtonda Cimmi Karter ilə görüşərək iki ölkə arasında rəsmi diplomatik münasibətlərin yeni mərhələsinin əsasını qoyub. Den Syaopinin Texasda kovboy papağı ilə görüntüsü həmin dövrün simvollarından biri sayılır.

1997-ci ildə Çin lideri Tsyan Tszemin ABŞ-yə səfər edib. O, Ağ Evdə rəsmi mərasimlə qarşılanıb və ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirib.

Xu Tszintao isə 2006 və 2011-ci illərdə ABŞ-də səfərdə olub. Görüşlər zamanı iqtisadi əməkdaşlıq, təhlükəsizlik və nüvə məsələləri əsas müzakirə predmetinə çevrilib.

Hazırki lider Si Cinpin də ABŞ-yə bir neçə dəfə səfər edib. O, 2015-ci ildə dövlət səfəri çərçivəsində Vaşinqtonda Barak Obama ilə görüşüb. 2023-cü ildə isə San-Fransiskoda keçirilən APEC sammitində Co Bayden ilə bir araya gəlib.

Sonda qeyd etmək yerinə düşər ki, ABŞ və Çin liderlərinin qarşılıqlı səfərləri təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də qlobal siyasi və iqtisadi balansın formalaşmasına ciddi təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri