Icma.az
close
up
RU
Çingiz Abdullayev: “Mənə dil imtahanında “beş” verməzlər, amma “dörd” alaram MÜSAHİBƏ

Çingiz Abdullayev: “Mənə dil imtahanında “beş” verməzlər, amma “dörd” alaram MÜSAHİBƏ

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Yazıçılar Birliyinin üzvlərini dil imtahanlarından keçməyə çağırıb.
"DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər", - deyə DİM sədri qeyd edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev “teleqraf.az”a müsahibəsində sözügedən mövzu ilə bağlı sualları da cavablanıdırıb.
Müsahibənin həmin hissəsini təqdim edirik:
- Çingiz müəllim, Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqda təkliflə çıxış edib. Bu təkliflə bağlı mövqeyinizi bilmək istərdik.
- Bu haqda fikir bildirmək istəmirəm. Mən Məleykə Abbaszadəni çoxdan tanıyıram. Görünür, kimsə Məleykə Abbaszadəyə axmaq bir sual verib, o da hirslənərək belə bir fikir bildirib.
- Məleykə Abbaszadə bu təklifi tədbirdə açıqlayıb. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olaraq, yazıçıların Azərbaycan dilindən imtahan verməsi təklifini necə qarşılayırsınız?
- Mən az öncə dediyim kimi Məleykə Abbaszadəni çoxdan tanıyıram, ona görə də bu məsələ haqda fikir bildirə bilmərəm. Bəlkə Məleykə Abbaszadəyə hansısa sual ünvanlayıblar, o da elə cavab verib. Onu da başa düşün, qadındır, hamı üstünə düşür. Təbii ki, dili yaradan yazıçılardır. Dil bazarda yaranmır. Dil institutlarda da yaranmır. Dili yazıçılar yaradır, mən də rus dilində yazıram. Amma yazıçı Anar Rzayev, Fikrət Qoca, Nəbi Xəzri, Cabir Novruz, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi şəxsiyyətlərimiz Azərbaycan dilini yaradıblar.
Yazıçıların imtahan verməsi gülməli görsənir. Yenə deyirəm ki, Məleykə Abbaszadəni başa düşmək lazımdır, indi hamılıqla qadının üstünə düşüblər. Belə etmək lazım deyil. Bəlkə hirslənib o fikri bildirib, amma belə də yox...
- Yazıçıların Azərbaycan dilindən imtahan verməsi haqda təklif təsdiq edilsə, siz imtahanda iştirak edərsinizmi?
- Bəli, lazım olsa, imtahanda iştirak edərəm. Mən rus dilində yazıram. Azərbaycan dilini də çox gözəl bilirəm. Onu da deyim ki, yazıçı Anarın kitabını Azərbaycan dilindən rus dilinə mən tərcümə etmişəm. Halbuki yazıçı Anar rus dilini məndən aşağı səviyyədə bilmir. O məktəbi Azərbaycan dilində bitirsə də, üç ali təhsilini rus dilində alıb. Düzdür, and içdim ki, heç vaxt kitab tərcümə etməyəcəm. Mənə beş kitab yazmaq daha uyğundur, nəinki bir kitabı tərcümə etmək.
Dediyim kimi, lazım olsa, imtahan da verərəm. Düzdü, inanmıram ki, mənə “beş” verəcəklər, amma heç olmasa “dörd” alaram... (Gülür).
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri