Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Çingiz Abdullayev: Kitablarımın hər biri maraqlı bir səyahətdir! MÜSAHİBƏ

Çingiz Abdullayev: Kitablarımın hər biri maraqlı bir səyahətdir! MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq yazıçısı ilə “Zamanda səyahət” formatında söhbət

Bakı, 8 aprel, Anara Axundova, AZƏRTAC

Aprelin 7-də Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin doğum günüdür.

AZƏRTAC bu hadisə ilə bağlı yaradıcılığı bütün dünyada tanınan və sevilən görkəmli yazıçı ilə həmsöhbət olub.

- Çingiz müəllim, artıq çoxlu sayda müsahibə vermisiniz! Sizə hər mövzuya aid sual verilib. Mən Sizə zamanda səyahət etməyi təklif etmək istəyirəm. Elmi fantastikaya münasibətiniz necədir?

- Əla! Yeri gəlmişkən, mən detektiv hekayələri oxumağı xoşlamıram, amma elmi fantastikanı çox sevirəm. Xüsusilə Rey Bredberi, Ayzek Azimov, Robert Şekli, Stanislav Lem, Struqatski qardaşlarını qeyd etmək istərdim.

- Deməli, mən ünvanı səhv salmamışam. Odur ki, Sizinlə “zaman maşınında” keçmişə yollanırıq. Uşaqlığınızdan bir parça ilə başlamaq istərdim. İndi uşaqlığınızın bir anını xatırlayın və mənə balaca Çingizdən bəhs edin.

- Heminquey deyirdi ki, yazıçının uşaqlığı xoşbəxt olmamalıdır... Bax, o, buradadır (divardan asılmış portreti göstərir) – mənim sevimli yazıçım, həm də layiqli insandır. Beləliklə, Heminquey hesab edirdi ki, yazıçı ancaq bədbəxt uşaqlığı olduğu təqdirdə əsl ədib ola bilər. Mən bu baxımdan yəqin ki, heç vaxt əsl yazıçı olmayacağam. (Gülür.) Mən çox şanslıyam. Xoşbəxt uşaqlığım olub. Atam prokuror idi, Naxçıvanda işləyirdi. Sonra o, Bakı şəhər prokurorluğunda işləyib. Daha sonra uzun illər Azərbaycan Vəkillər Kollegiyasının sədri olub. Anam Azərbaycanda dördüncü ən güclü vəzifəli şəxs olub. Təkcə onu demək kifayətdir ki, səhər onları götürməyə iki dövlət maşını gəlirdi.

Amma biz uşaqlara maşında oturmağa icazə vermirdilər. Məktəbə piyada gedirdim, mənim evimdən 100 metr aralıda idi. Hətta ondan da yaxın məsafədə. Bazarı keçməli olurdum. Bu, həqiqətən də çox gözəl idi.

- Əla! Gəlin həmin ana qayıdaq. Balaca Çingiz indi məktəbə gedir. Səhər tezdəndir. Bayırda bahardır. O uşaq nəyi xəyal edir?

- Tezliklə məktəbdən qaçmağı! (Gülür.) Sonra sevimli kitablarını oxumaq üçün evə getməyi. Məni futbol və kitablardan başqa heç nə maraqlandırmırdı. Xüsusilə kitablar! Anam və atamın çox böyük bir kitabxanası var idi. Kitablar üçün kifayət qədər yer yox idi. Bəzi kitabları isə eyvandakı şkafda saxlayırdılar. Mən ora dırmaşırdım, tavanlar hündür idi. Nərdivanla yuxarı qalxırdım, hər hansı bir kitabı çıxarıb oxuyurdum. Orada Aleksandr Dümanın “Kraliça Marqo” əsərini tapanda, necə sevindiyimi indiyə qədər xatırlayıram. Onu birnəfəsə oxudum. Yazıq anam sözün əsl mənasında kitabları əlimdən alırdı, az qala ağlayacaqdı.

Amma uşaqlıqdan, birinci sinifdən məktəbi bitirib hüquqşünas olacağımı xəyal edirdim. Ona görə də hüquq fakültəsinə daxil oldum. Atam prokuror, vəkil olub. Babam - hüquqşünas. Ulu babam - hüquqşünas. Əmilərim - hüquqşünas. Kiçik qardaşımla mən dördüncü nəsil hüquqşünas olduq. İndi övladlarım da bu peşəni seçiblər. Üstəlik, məni məcbur etmədikləri kimi, mən də övladlarımı buna məcbur etməmişəm. Mən bunu xəyal etmişəm. Bəlkə də ona görə ki, atamla biz çox yaxşı dost olmuşuq... Həm də, yəqin ki, burada bir qədər romantika var idi. Mən müstəntiq olmaq istəyirdim və ya cinayət axtarış sahəsində işləmək, cinayətkarları tutmaq!

- Onda vaxt maşınımıza əyləşək. Keçək başqa dövrə. İndi isə 80-ci illərdir. Çingiz - tələbədir. O, hüquq fakültəsində təhsil alır. Eyni zamanda hekayələr də yazır... İlk hekayənizi yazmağa qərar verdiyiniz anı xatırlayırsınız?

- Mən məktəbdə yazırdım. Universitetdə də davam edirdim. Bundan əlavə, tələbəlik illərində elmi işlər yazırdım, onlar müsabiqələrə təqdim olunurdular. “Komsomolski projektor” qəzetinin redaktoru idim. Təsəvvür edin, yarım əsr sonra dostlarım bu qeydləri saxlayıblar və onları bir-birlərinə göstərirlər.

…Mən sadəcə özüm üçün 2-3 hekayə yazdım və heç kimə göstərmədim. Bir gün atamın dostu onları oxudu. O, məşhur yazıçı idi və bunun çox maraqlı olduğunu söylədi. Sonra bir hekayə dərc olundu, amma mən buna əhəmiyyət vermirdim.

Sonra böyük bir kitab yazmaq qərarına gəldim. Dostum həlak oldu və mən kitab yazmaq qərarına gəldim, “Mavi mələklər”i qələmə almağa başladım. O vaxt mən artıq Hüquq fakültəsini bitirirdim, hərbi müəssisədə işləyirdim, sonra partiya işində çalışırdım.

Partiya işimdə inzibati orqanlara: DTK-ya, Daxili İşlər Nazirliyinə, prokurorluğa, məhkəməyə, xalq nəzarətinə rəhbərlik edirdim. Mən 25-26 yaşımda romanımı başa vuranda, DTK onu qadağan edərək heç vaxt çap olunmayacağını bildirdi.

Mən onu çap etmək üçün üç il vaxt sərf etdim. Üç il orada nəyisə tapırdılar, yığışdırırdılar... Sonda mən bütün bunlardan yoruldum. Qonşumuz Nazim İbrahimov isə mətbuat naziri idi. O, həmin vaxt yenidənqurma dövründən istifadə edərək romanımı irəli çəkdi. İlk nəşr 80-ci illərin sonlarında 30 min tirajla çıxdı. Onlar bir həftə ərzində satıldı. Otuz min kitab! Sonra nəşriyyat tirajı yenidən çap etmək qərarına gəldi və 100 min kitabımı buraxdı. Bu 100 min kitab bir ayda satıldı. Bu, inanılmaz idi. İnsanlar başqa respublikalardan gəlib kitabı alırdılar. Sonra “Krasnodar” nəşriyyatı kitabımı 400 min tirajla buraxdı. İndi belə bir tirajla heç olmasa bir kitab nəşr etdirə bilsəm, təyyarə alaram! (Gülür.) Artıq belə tiraj yoxdur. Sovet dövründə isə var idi. Təbii ki, bununla çox fəxr edirdim.

Buna baxmayaraq, elə bir məqam da oldu ki, məni Mərkəzi Komitəyə çağırıb dedilər... (Birdən səs yazısı dayanır.)

- Çingiz müəllim, gözləyin! Diktofon dayandı!

- Görürsünüz, Mərkəzi Komitə haqqında nə isə dedim, səs yazıcısı dayandı...

- İndi düzəldəcəyəm. (Gülürəm.)

- Siz düzəldin, mən isə bu arada Sizə kitabxanamı göstərim. Burada 34 dildə kitablar toplamışam. (Rəfləri kitablarla dolu olan şkafları göstərir.) Burada Azərbaycan, rus, ingilis, alman, eston, ispan, türk, macar, çex, fransız dillərində kitablarım var... Diktofonu düzəltdiniz?

- Bəli. Sizdən bunu da soruşmaq istəyirəm; dediniz məktəb illərində də yazırdınız. Necə düşünürsünüz, əgər o vaxt ədəbiyyat universitetinə və ya filologiya fakültəsinə daxil olsaydınız, yenə də indiki kimi yazıçı olardınız, yoxsa başqa cür formalaşardınız?

- Yox, yox, yox! İlk növbədə, dediyim kimi, mən Hüquq fakültəsində təhsil almaq istəyirdim. Əgər yenidən seçim etmək lazım gəlsəydi, yüz dəfə yenə bu seçimi edərdim. Bu, mənim həyatıma çox böyük kömək oldu və indi də kömək edir. Mən burada, Yazıçılar Birliyində təkcə birinci katib deyiləm, bütün maliyyə məsələləri, təsərrüfat işləri ilə də məşğul oluram. Mühasibat uçotu və maliyyə hüququnu tam şəkildə öyrənmişəm və indi çox rahatam, çünki maliyyə sənədlərini yaxşı anlayıram. Dünyanın bütün nəşriyyatları ilə bağlanacaq müqavilələri şəxsən özüm qol çəkirəm, məmnuniyyətlə özüm oraya uçub sənədləri imzalayıram. Sadəcə Albaniyaya getməmişəm, baxmayaraq ki, orada da kitabım çıxıb.

- Yaxşı. O zaman gəlin “Dronqo” teleserialının ekranlaşdırıldığı 2002-ci ilə qayıdaq. Sizə romanın ekranlaşdırılması ilə bağlı təklif gələndə nə hiss etdiniz?

- Bundan əvvəl də bir neçə təklif olmuşdu, amma imtina edirdim, çünki istəyirdim ki, yüksək səviyyədə çəkilsin. Mənə dedilər ki, “NTV-Kino” çəkəcək, ilkin ssenarini mənə göndərdilər və başladım onun üzərində işləməyə. Nəticədə məlum oldu ki, çəkilişlərdə keçmiş SSRİ-nin doqquz ölkəsindən aktyorlar iştirak edəcək. Bu, mənim çox xoşuma gəldi. Orada latışlar, qırğızlar, özbəklər, azərbaycanlılar, ruslar da vardı. Yəni, belə bir beynəlmiləl heyət. Amma çəkilişlər başlamalı olan bir vaxtda birdən öyrəndim ki, azərbaycanlı aktyorlar digər xarici aktyorlardan 8-10 dəfə az qonorar alırlar... Təbii ki, təəccübləndim, çəkilişləri dayandırdım. Dedim ki, hamı, hətta sürücülər belə eyni maaş almayınca, çəkiliş olmayacaq və buna nail oldum. Bununla da çox fəxr edirəm. Bundan sonra mənim kitablarım əsasında başqa filmlər də çəkildi.

- Çingiz müəllim, bəs qəhrəmanınızı ilk dəfə ekranda görəndə nə hiss etdiniz?

- Dronqo rolunu İvar Kalnınş oynayırdı. O mənim çox xoşuma gəldi. Baxmayaraq ki, əvvəlcə onun çəkilməsinə icazə vermirdim. (Gülür.) Mən ondan əvvəl “Teatr” filminə baxmışdım, orada o, Viya Artmane ilə birgə oynayırdı. Viya Artmane çox iribədənli qadındır və onun fonunda İvar Kalnınş mənə elə balaca görünürdü ki... Mən də rejissora deyirdim: “Başa düşürsünüz, mənim Dronqom çox görkəmli, hündürboylu kişidir. Bu isə balacadır, arıqdır”. Rejissor uzun müddət mənə baxdı, sonra dedi: “Siz onu həyatda görmüsünüz?” Dedim: “Film ki var!”

Beləcə İvar Kalnınşı dəvət etdilər. O daxil olur, mən ona təəccüblə baxıram və deyirəm: “Boyunuz neçədir?” Dedi: “Bir səksən səkkiz”. Mənim öz boyum isə bir metr səksən yeddi idi. Ayaqqabısına baxıb deyirəm: “Mənim ayaqqabımın ölçüsü qırx altıdır, sizinki neçədir?” O deyir: “Qırx yeddidir”. Mən deyirəm: “Demək, səhv etmişəm”. (Gülür.)

Amma ən gülməlisi Uskov və Krasnopolskinin Dronqo roluna Lobotskini çəkmələri oldu. Biz İsrailə təqdimata getmişdik. Oteldə yerləşdik. Gecə pəncərəni açıram, baxıram ki, qızlar növbəyə düzülüb. Hamı Lobotskini görmək istəyir, o, məşhur aktyordur. Mən ümumiyyətlə paxıl insan deyiləm, amma bunu görəndə dözə bilmədim və yuxarıdan pəncərədən qışqırdım: “Qızlar, müəllif mənəm! O, aktyordur! Gəlin məni görməyə növbəyə durun, xahiş edirəm. Müəllif mənəm, mən!” (Gülür.) Bu, çox gülməli oldu. Qızlar çox güldülər, sonra da alqışladılar.

-Aydındır, Çingiz müəllim, qayıdaq 2005-ci ilə. Sizə Azərbaycanın Xalq yazıçısı adı verilir. Həm də siz Azərbaycanın ən gənc Xalq yazıçısısınız.

- Təkcə Azərbaycanda yox, mən ümumiyyətlə Sovet İttifaqında ən gənc Xalq yazıçısıyam. Düzdür, Sovet İttifaqı artıq yoxdur... Əvvəlcə elə bildim ki, bu zarafatdır. Axı belə şey ola bilməz. Sonra bildim ki, Prezidentin yanına gedib deyirmişlər: “Ona Xalq yazıçısı adını verməyin, onu sadəcə öldürəcəklər. Öldürəcəklər!” Amma o, yenə də mənə bu adı verdi. Əlbəttə, bu inanılmaz idi. Və baxmayaraq ki, 20 il keçib, mən hələ də ən gənc Xalq yazıçısı olaraq qalmışam. Və məni öldürmədilər! (Gülür.)

- Mən 2005-ci ildə bir az dayanmaq istəyirəm. 20 il əvvəl... Bunu xatırlamazsınız. Amma bu mənim üçün çox önəmli bir hadisə idi, sizinlə ilk görüşümüz və ilk müsahibəm. Siz mənə çox yaxşı münasibət göstərdiniz və bir neçə sualıma cavab verməyə razılaşdınız. Mən o vaxt sizə verdiyim suallardan birini təkrar vermək istəyirəm. Sizdən soruşmuşdum ki, gənclərin ədəbiyyata olan marağını necə qiymətləndirirsiniz? Gənclər oxuyurmu, nə oxuyur? Və ən əsası, gəncləri yaxşı ədəbiyyata necə cəlb etmək olar?

- İndi daha az oxuyurlar. İnsanları oxumağa alışdırmaq üçün əlimizdən gələni etməliyik. Bilirsiniz, belə bir ifadə var, mən onu çox sevirəm: “İnsanlara kitab oxuyanlar rəhbərlik edəcək”. Təhsil və kitablar çox-çox önəmlidir. Uşaqları oxumağa alışdırmaq lazımdır. Məcbur etmək yox, alışdırmaq. Elə ola bilməz ki, insanın heç nəyə marağı olmasın. Kimsə fantastikanı sevir, kimsə macəra janrını, kimsə detektivləri, kimsə melodramları, kimsə də tarixi romanları.

Mən yüz il də yaşasam, yenə də oxumaq istədiyim bütün kitabları oxuya bilməyəcəyəm. Hətta hər gün bir kitab oxusam da. Buna görə elə narahat oluram ki?! Bu necə ola bilər? Mən bütün bu kitabları oxumadan necə öləcəm? Axı oxumaq istəyirəm! Kitab oxumayan, muzeylərə getməyən insanlara yazığım gəlir. İnsan həyatının dəyərini anlamırlar...

Mən həmişə deyirəm ki, əgər mənə min il ömür versələr, onun 500 ilini kitabxanaya çəkilərəm, kitab oxuyaram. Qalan 500 ili isə dünyanı gəzərəm. İnsanlarla tanış olaram. Çünki hər bir insan bütöv bir aləmdir.

- Çingiz müəllim, bilirsinizmi ki, bu suala 20 il qabaq necə cavab vermişdiniz? Siz dediniz: “Bu suala cavab verə bilmərəm, çünki mən özüm hələ çox gəncəm və bilmirəm, bizi oxumağa necə cəlb etmək olar”.

- (Gülür.) İndi artıq belə demirəm. O vaxt yəqin ki, saçlarım da yaxşı idi, indi isə artıq yoxdur...

- Siz demək olar ki, heç dəyişməmisiniz. Biz isə bu günə qayıdırıq. Baxın, biz sizinlə burada oturmuşuq. Səyahətimiz sona yaxınlaşır. Soruşmaq istəyirəm: geriyə baxanda, heç düşünmüsünüzmü ki, niyə tale sizi məhz bu yolla apardı?

- Səbəbini bilmirəm. Amma yaratmaq xoşuma gəlirdi. Hələ də bəzi adamlar deyir ki, bir insan ömrü boyu bu qədər kitab yaza bilməz. Amma mən elə işləyirdim ki, qulaqlarımdan buxar çıxırdı. Tez-tez kompüterin qarşısında huşumu itirirdim. O qədər işləyirdim ki, barmağımın ucları klaviaturadan soyulub gedirdi... Amma bu mənə maraqlı gəlirdi. Hər bir kitabım maraqlı bir səyahət idi.

Bəlkə də haradasa, göylərdə bir mələk məni sevdi və qərar verdi ki, məni həyat boyu müşayiət etsin? Yəqin elə ötən il də o məni axirət dünyasından qaytardı... Bəlkə də sadəcə belə qismət imiş. Amma həyatımda bircə günü belə dəyişmək istəməzdim. Allaha deyə biləcəyim yeganə söz təşəkkürdür. Başqa heç nə.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri