Çingiz Mustafayev: Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Müğənni Çingiz Mustafayev bəstəkarlıq fəaliyyəti və mahnılarını digər sənətçilərə təqdim etməməsinin səbəbləri barədə danışıb.
BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan ifaçı Azərbaycanda bəstəkarlığa və müəllif mahnılarına kifayət qədər dəyər verilmədiyini düşünür.
Sənətçinin sözlərinə görə, başqa ölkədə yaşasaydı və musiqiyə daha çox qiymət verilən bir mühitdə olsaydı, mahnılarını digər ifaçılara təqdim etmək imkanları fərqli ola bilərdi:
"Düşünürəm ki, bu baxımdan düzgün yerdə deyiləm. Bəlkə də başqa ölkədə yaşasaydım, musiqiyə, xüsusilə də bəstəkarlığa həqiqətən dəyər verilən bir mühitdə olsaydım, bu, mümkün olardı. Amma Azərbaycanda düşünmürəm ki, kimsə mənim mahnılarıma ehtiyac duyur. Yəni müğənnilərin özlərinin oxumaq istədikləri, seçdikləri mahnılar var. Düşünürəm ki, bu baxımdan mənə ehtiyac yoxdur".
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















