Icma.az
close
up
RU
Çini Asiyanı Azərbaycan və Gürcüstanla birləşdirən tranzit xətləri tamamilə qane edir ANALİZ

Çini Asiyanı Azərbaycan və Gürcüstanla birləşdirən tranzit xətləri tamamilə qane edir ANALİZ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta Dəhliz Çin üçün xarici bazarlarla əlaqə quran beş mühüm marşrutdan biridir. Bu barədə rusiyalı ekspert, tarix elmləri doktoru Aleksey Maslov Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Orta Dəhliz Çin üçün prioritet məsələdir və o, bunu gizlətmir. Son beş il ərzində Çin gördü ki, bir çox bölgələr və dəhlizlər müharibə, ABŞ-ın fəaliyyətləri və əks-təsirlər nəticəsində bağlana bilər. Buna görə də Çin bu dəhlizləri mümkün qədər şaxələndirmək istəyir və konkret olaraq Azərbaycan və Gürcüstan da daxil olmaqla, bir çox dəmir yolu xətlərini maliyyələşdirir, birbaşa faydasını görməsə də, bu, ən azından ticarət yollarının bağlanma risklərini azaldır. Ona görə də Orta Dəhliz 5-7 il ərzində Çin üçün çox vacib dəhliz olacaq.  Ekspertin fikrincə, Çinin Cənubi Qafqazda kifayət qədər ciddi mövqeləri var.  Eyni zamanda qeyd edib ki, üstəlik, ABŞ indiki zamanda bir çox layihələr üçün lazım olan maliyyəni təmin etməyə hazır və qadir deyil. Onlara nəqliyyat dəhlizləri öz mallarını daşımaq üçün lazımdır. Amma orada hansı malların daşınacağı sualı yaranır. ABŞ regiona ciddi miqdarda mal tədarük etməyən bir ölkədir. Əsas tədarükçülər isə Çin və Yaxın Şərq ölkələridir. Mən düşünmürəm ki, indiki şəraitdə bir ticarət-logistika dəhlizi, o cümlədən Yaxın Şərqdə, Çindən kənar mümkün olsun. O bildirib ki, Çin tərəfindən investisiya qoyulması planlaşdırılan Gürcüstanda inşa ediləcək dərin su limanı yük daşınmalarını ən azı 15-20% artırmalı və malların daşınma xərclərini 10-15% ucuzlaşdırmalıdır.


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, hazırda Zəngəzur dəhlizi uğrunda böyük dövlətlərin mübarizəsi gedir:


“Mübarizənin ön planında Amerika Birləşmiş Ştatları, Fransa, Avropa Birliyi dayanır. Onlar orta mövqe ilə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək imkanlarını bloklamağa cəhd göstəriblər. Yəni Qərbdə Avropanı Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər. Çünki belə olan halda Rusiya Cənubi Qafqazda əlavə təsir mexanizmləri qazanacaq. Bu baxımdan ABŞ, AB, Fransa Ermənistana təzyiq göstərərək Rusiyanın Zəngəzur dəhlizindən uzaq tutulmasına çalışır. Eyni zamanda Zəngəzur dəhlizinin Qərb dövlətlərinin nəzarətində olmasını təmin etməyə səy göstərirlər. Paşinyan hakimiyyətinin bu yaxınlarda Zəngəzur dəhlizinə xarici şirkətin nəzarət etməsi ilə bağlı təklifi də məhz ABŞ, AB, Fransanın maraqları çərçivəsində gündəmə gətirilib. Ancaq burada əsas məsələ ondan ibarətdir ki, Cənubi Qafqazdan keçən dəhlizlər dünyanın super dövlətlərindən biri olan Çinin də maraqlarına daxildir. Çin dövləti də Cənubi Qafqaz tranzit xəttindən öz maraqları çərçivəsində istifadə etmək niyyətindədir. Əslində Çin Zəngəzur dəhlizinin açılmasıyla bağlı maraqlı olduğunu bildirsə də, sözügedən prosesdə tərəf rolunu oynamaqdan yayınmağa çalışır. Bununla belə Azərbaycan və Gürcüstanın sahib olduğu marşrutların gücləndirilməsinə dəstək verilməsinə üstünlük göstərir. Yəni Çini indiki vəziyyətdə Asiyanı Azərbaycan və Gürcüstanla birləşdirən tranzit nəqliyyat-kommunikasiya xətləri tamamilə qane edir. Çünki sözügedən xətlər dünyanın bir çox istiqamətlərinə çıxmaq üçün pəncərə rolunu oynamaq imkanlarına sahibdir. Ona görə də yaxın gələcəkdə Çin öz mövqeyini daha qabarıq şəkildə ortaya qoya bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri