“Shanghai International Port” (Group) Abşeron Logistika Mərkəzində Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron Logistika Mərkəzi Çin Xalq Respublikasının aparıcı liman və logistika şirkətlərindən biri olan “Shanghai International Port (Group) Co., Ltd.” (SIPG) nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Çin və Avropa arasında yük axınlarının şaxələndirilməsi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Orta Dəhliz vasitəsilə daşımaların səmərəliliyinin artırılması məsələləri müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, logistika infrastrukturunun təkmilləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin qlobal nəqliyyat sistemində əhəmiyyətini artırır.
Abşeron Logistika Mərkəzinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verilib. Qonaqlar Mərkəzin dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən multimodal infrastrukturu, terminal imkanları, yükdaşıma və anbar xidmətləri ilə tanış olublar. Səfər çərçivəsində, həmçinin “Abşeron” Gömrük Postunun fəaliyyəti, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC ilə inteqrasiya olunmuş “Vahid Pəncərə” sistemi, eləcə də regional logistika zəncirində mühüm mövqeyə malik “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsi barədə məlumat təqdim edilib.
Görüşdə SIPG-nin liman idarəçiliyi və beynəlxalq logistika sahəsində təcrübəsinin Azərbaycan üzərindən keçən yük marşrutlarının inkişafına tətbiqi imkanları müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın logistika əməliyyatlarının optimallaşdırılmasına, yük axınlarının artırılmasına və Orta Dəhliz üzrə daşımaların daha səmərəli təşkilinə imkan verə biləcəyi vurğulanıb.
Görüşün sonunda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə konkret logistika layihələrinin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Sentyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















