Icma.az
close
up
RU
Çin nəqliyyatçıları Abşeron Logistika Mərkəzində

Çin nəqliyyatçıları Abşeron Logistika Mərkəzində

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin Xalq Respublikasının Şaanşi Əyalət Nəqliyyat Departamenti, “Şaanxi Rail Transit Group Co. Ltd.”, “Xi'an Çanba International Port Administrative Committee və Xian Free Trade Port Construction and Operation Co., Ltd.” nümayəndələrindən ibarət heyət Azərbaycana səfəri çərçivəsində Abşeron Logistika Mərkəzini ziyarət edib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakı və bu təşəbbüs çərçivəsində ölkələr və regionlar arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkənin tranzit və logistika imkanlarının inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsinin mühüm qovşaqlarından birinə çevirir.

Eyni zamanda, nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin fəaliyyəti, logistika infrastrukturu və Orta Dəhliz üzrə həyata keçirdiyi əməliyyatlar barədə ətraflı məlumat verilib. Azərbaycanın ilk beynəlxalq sertifikatlaşdırılmış logistika mərkəzi olan Abşeron Logistika Mərkəzinin Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafındakı rolu diqqətə çatdırılıb.

Görüş zamanı Orta Dəhlizin inkişafı, dəmir yolu ilə yükdaşımaların artırılması, logistika mərkəzləri və beynəlxalq limanlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınlarının səmərəli və dayanıqlı təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər nəqliyyat və logistika, dəmir yolu daşımaları və limanların fəaliyyəti sahələrində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Bununla yanaşı, tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin–Azərbaycan ticarət-logistika əlaqələrinin genişlənməsinə töhfə verəcəyi qeyd olunub. Bu əməkdaşlığın Orta Dəhlizin regional nəqliyyat marşrutu kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri