“Çinin təşəbbüsləri qlobal səviyyədə çox sürətlə yayılmışdır“ Josef Mondi
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Əgər Çinin qlobal idarəetmə yanaşmasına diqqət yetirsək, onu “platforma əsaslı yanaşma” kimi təsnif etmək olar. Platforma əsaslı yanaşma nədir? Bu, nəticəyə yönəlmiş, çevik və ideoloji yaxınlaşmaya ehtiyac olmadan geniş iştirak üçün nəzərdə tutulmuş bir yanaşmadır”.
SİA xəbər verir ki, bu sözləri Gallen Universitetinin Çin Kompetensiya Mərkəzinin sabiq direktoru Josef Mondi XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
“Bu yanaşma, fərqli dövlətlərin, beynəlxalq təşkilatların və regional aktorların ideoloji və siyasi fərqliliklərinə baxmayaraq, konkret və praktik nəticələr əldə etməyə imkan yaradır. Beləliklə, Çinin təşəbbüsləri qlobal səviyyədə, xüsusilə qlobal Cənub ölkələrində çox sürətlə yayılmışdır. Çünki ölkələr abstrakt və formal seçimlər axtarmır; onlar reallığa uyğun, praktik nəticələr və konkret fayda təmin edən təşəbbüslərə üstünlük verirlər. Məhz budur bu yanaşmanın əsas üstünlüyü və qlobal təsirinin səbəbi.
Çinin qlobal idarəetməyə yanaşması, ümumiyyətlə, üç təbəqəli bir struktur üzərində qurulub. Bu yanaşma qlobal iqtisadi inkişaf, siyasi əməkdaşlıq və beynəlxalq münasibətlərin koordinasiyası kimi sahələrdə tətbiq oluna bilər.
Üst səviyyədə Qlobal İdarəetmə Təşəbbüsü yer alır. Bu, yalnız bir vizion, ad və ya marka deyil, həm də qlobal miqyasda strateji bir baxışı ifadə edir. Lakin viziyanın uğuru, onun konkret və tətbiq olunan məzmunu ilə ölçülür; məzmun yoxdursa, vizion yalnız simvolik əhəmiyyət kəsb edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Mart 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















