Icma.az
close
up
RU
Çinin TP1000 yük PUA sı ilk uçuşunu həyata keçirib

Çinin TP1000 yük PUA sı ilk uçuşunu həyata keçirib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində hazırlanmış TP1000 pilotsuz nəqliyyat təyyarəsi bu yaxınlarda Şandun əyalətində ilk uçuşunu həyata keçirib.

525.az xəbər verir ki, uçuş çəkisi 3,3 ton və tam yükü 1 ton olan təyyarə 1000 km məsafə qət etməyə qadirdir.

Şandun əyalətinin Yantai şəhərində yerləşən Yi-Tong UAV System Co. Ltd tərəfindən hazırlanmış və istehsal edilmiş təyyarə eyni əyalətdəki Lansi şəhər hava limanına 26 dəqiqəlik uçuş edib. Onun ilk uçuşu Çin üçün yüksək texnologiyalı PUA istehsalında daha bir mühüm sıçrayışa imza atıb.

TP1000 modul iki mühərrikli sistemə, müstəqil şəkildə inkişaf etdirilmiş çoxlu ehtiyat uçuş idarəetmə sisteminə, uzun uçuş dözümlülüyü, böyük yük tutumu və aşağı xərclər kimi  üstünlüklərinə malikdir.

Qeyd edək ki, TP1000 müxtəlif ssenarilərdə materialların ağıllı şəkildə havadan atılmasını və xilasetmə əməliyyatlarını təmin etmək üçün böyük arxa yük qapısı ilə təchiz olunub.

Şirkətin rəsmisi Sin Qe bildirib ki, yük daşınması ilə yanaşı, TP1000 dəniz monitorinqi, elmi tədqiqatlar, resursların inkişafı və regional infrastruktur layihələri üçün müştəri tələblərinə cavab vermək üçün tez bir zamanda modifikasiya oluna bilər. Onun sözlərinə görə, şirkət ZTO Express-dən də daxil olmaqla 30 ədəd TP1000 sifariş alıb:

"500 kq yük daşımağa və 500 km-dən çox məsafə qət etməyə qadir olan TP500 ilə müqayisədə TP1000 daha böyük yükgötürmə qabiliyyətini və uçuş məsafəsini təmin edir. Onlar birlikdə aşağı hündürlükdə logistikaya artan tələbatı ödəyəcəklər".

Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər şirkətin iri PUA istehsal həcmi ildə 100 ədəd olacaq.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri