Icma.az
close
up
RU
Çinlə iqtisadi, mədəni, təhsil əlaqələrimiz genişdir ŞƏRH

Çinlə iqtisadi, mədəni, təhsil əlaqələrimiz genişdir ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın supergücü Zəngəzur dəhlizinin açılmağında da maraqlıdır


Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Azərbaycan-Çin əməkdaşlığının genişlənməsində, münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. 2019-cu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb. Onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi timsalında daha qabarıq görünür. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir. Sadalanan bu nəticələri daha da yaxşılaşdırmaqdan ötrü iki ölkə arasında ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların və texniki-iqtisadi əməkdaşlığın artırılması, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması və sərmayəçilərin qanuni hüquq və maraqlarının təmin olunması və sair bu kimi istiqamətlərdə genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində də səylərini artırıblar. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Ölkəmizin isə Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Avropa ilə Asiya arasında ticarət yollarının yeni marşrutlarının yaranması prosesi Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini xeyli artırıb. Azərbaycan Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Bu kontekstdə "Orta Dəhliz” layihəsi Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevrilir. Ona görə də Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi ilə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə daxil olmasına əlavə güc verir. Azərbaycanınla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Bu mərhələ üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, eyni zamanda, həm də elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, sözügedən sahə və istiqamətlərdə də səmərəli fəaliyyətlərin artırılması istiqamətində işlər getdikcə intensivləşəcək. 


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Azərbaycan-Çin əlaqələri qədim "İpək Yolu"nadək gedib çıxır. Alim vurğulayıb ki, orta əsrlərdə Azərbaycan coğrafiyasında qurulan dövlətlərlə Çinin ticari-siyasi əlaqələri olub: 


"Məsələn, Azərbaycanda aparılan qazıntılarda Çin mənşəli keramika və ipək parçalar aşkarlanıb. Özəlliklə tank sülaləsi dövründə Qərbə, Xorasan və Qafqaza doğru "İpək Yolu" ilə bağlı çoxlu məlumatlar var. Şəki, Qəbələ, Bərdədə aşkar olunan çini qablar da Azərbaycanın tarixi "İpək Yolu"nun mühüm coğrafiyası olduğunu göstərir. Diplomatik münasibətlərin tarixi də müstəqillik sonrasında qurulub. 1992-ci ildə Çin Azərbaycanın müstəqiliyyini tanıyıb. Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü ildə dövlət başçısı kimi Çinə ilk rəsmi səfərini reallaşdırıb. Ondan sonra cənab İlham Əliyev 2005-ci və 2015-ci illərdə Çinə səfərləri xüsusilə "Bir kəmər, bir yol" məsələsində Azərbaycan-Çin münasibətlərini daha da genişləndirib. Xüsusən, nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq əsas gündəm maddələrindən birini təşkil edib. Çin Azərbaycanın Asiyadakı əsas ticarət tərəfaşlarından biridir. Çinə neft-kimya məhsulları ixrac olunur, amma idxalatımız da çox genişdir. Çindən texnika, elektronika, geyim, avtomobillər, avtomobil hissələri və s. idxal olunur. Yəni Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin də əsas iştirakçılarındandır". 


T. Nüsrətoğlu qeyd edib ki, Çinlə mədəni, təhsil əlaqələrimiz də genişdir: 

"Bilirsiz ki, Konfutsi İnstitutu Azərbaycanda çin dili və mədəniyyətini tədris edir, tələbə mübadilə proqramları var. Çində bəzi universitetlərdə Azərbaycan dili və ədəbiyyatı bölməsi var. Xüsusilə Bakı-Tbilisi-Qars dəmiryolu yükdaşımalarda çox əhəmiyyətlidir. Çin şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştirak edir, enerji sahəsində əməkdaşlıq mövcuddur. Çin Zəngəzur dəhlizinin açılmasında maraqlı olan ölkələrdən biridir. COVİD dönəmində də Çinlə münasibətlərimiz inkişaf etdi. Yaşıl enerji, rəqəmsal texnologiyalar, turizm və logistika sahəsində bizim çox perspektivli əməkdaşlıq imkanlarımız var. Bu da getdikcə artan dəyər kimi görülür. Çin dünyanın ən önəmli supergüclərindən biri olmağa namizəddir. Cənubi Qafqazda mühüm tranzit və tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığa önəm verir. Çinin Türk Dövlətləri Təşkilatı ilə siyasi-iqtisadi əməkdaşlığı Azərbaycanın açar rolu ilə daha da genişlənə bilər". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 03:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri