Icma.az
close
up
RU
Çinli ekspert : Sian limanı Bakıda çeşidləmə və terminal qurğularının genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır

Çinli ekspert : Sian limanı Bakıda çeşidləmə və terminal qurğularının genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Bakı, 18 sentyabr, AZƏRTAC

Orta Dəhliz hazırkı geosiyasi şəraitdə Asiya ilə Avropa arasındakı tədarük zəncirlərində proqnozlaşdırılma və çevikliyi təmin edən əsas amilə çevrilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat və logistika üzrə çinli ekspert, “Beijing Cross-Eurasia International Logistics” şirkətinin idarəedici direktoru Van Syu Dun deyib.

O qeyd edib ki, 2025-ci ilin əvvəlindən Çindən Avropaya gedən 300-dən çox qatar ya Bakıya gəlib, ya da Avropaya hərəkət edərkən Azərbaycan paytaxtından keçib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, bu marşrut Rumıniya və Bolqarıstan kimi şimal istiqamətində Çin-Avropa dəmir yolu dəhlizinin daha az səmərəli xidmət göstərdiyi regionları əhatə edir. Bundan əlavə, dəhliz şimal marşrutundan yan keçməyə üstünlük verən bir sıra Avropa şirkətlərinin ehtiyaclarını ödəyir.

Van Syu Dun Azərbaycanın Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdə mərkəz və əlaqələndirici kimi mühüm rolunu vurğulayıb. Ekspert izah edib ki, onun şirkəti Azərbaycan Dəmir Yolları (ADY), Bakı Limanı, Alyans və digər tərəfdaşlardan Siandan Bakı vasitəsilə Avropaya yükdaşımalarının təşkilində əhəmiyyətli dəstək alıb.

Sian-Bakı marşrutu ilə hərəkət edən yüklərin Azərbaycan paytaxtından tez-tez qonşu ölkələrə çatdırılma üçün daşındığını və bunun da şəhərin nəqliyyat qovşağı kimi rolunu təsdiqlədiyini qeyd edən ekspert, həmçinin Ələt limanının genişləndirilməsi, çeşidləmə və terminal infrastrukturunun inkişafı ilə Bakının Cənub Dəhlizində əhəmiyyətinin daha da artacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC Qazaxıstan və Gürcüstandan olan tərəfdaşları ilə birlikdə Xəzər-Qafqaz-Qara dəniz seqmentinin sabitliyinin yaxşılaşdırılması istiqamətində fəal işləyir.

Multimodal marşrutun inkişafından danışan Van Syu Dun vurğulayıb ki, Bakı nəqliyyat qovşağı kimi qonşu ölkələrə xidmət göstərməklə yanaşı, həm də Azərbaycan və ona yaxın dövlətlərdən Çinə ixracı stimullaşdırır. O, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7% artdığını göstərən məlumatları diqqətə çatdırıb. Bununla belə, bu müsbət tendensiyaya baxmayaraq, ekspert qeyd edib ki, bütün dəhliz boyu həm “sərt” infrastrukturun – liman və dəmir yolu tutumunun, həm də “yumşaq” infrastrukturun – rəqəmsallaşdırılmasının təkmilləşdirilməsinə təcili ehtiyac var. O, ticarətin asanlaşdırılması üçün gömrük orqanlarının əməkdaşlığı və koordinasiyanı gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Çinli ekspert, həmçinin Qazaxıstan Dəmir Yolları və Bakı Limanı ilə birlikdə Sian Limanının çeşidləmə və terminal potensialının genişləndirilməsi üzrə Azərbaycan paytaxtına investisiya yatırmaq planları haqqında məlumatı paylaşıb. Sərmayə Bakı Limanına qoyulacaq. AZƏRTAC-ın həmsöhbətinin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC liman-dəmir yolu idarəçiliyinin səmərəliliyini artırmaq üçün Bakı Limanını ADY ilə fəal şəkildə inteqrasiya edir. ADY və Bakı Limanı artıq Xəzər dənizi üzərindən səmərəli daşımaların təmin edilməsinə yönəlmiş bir sıra müsbət addımlar atır.

Van Syu Dun söhbətin sonunda əmin olduğunu bildirib ki, Orta Dəhliz Asiya ilə Avropa arasında təchizat zəncirlərini daha sabit və ekoloji cəhətdən təmiz edəcək. Onun sözlərinə görə, şirkət Azərbaycan və bütün tərəfdaşları ilə birlikdə yüklərin çatdırılmasının vaxtında, şəffaf və maliyyə cəhətdən etibarlı olmasını təmin etmək, bununla da marşrutun bütün potensialını reallaşdırmaq, çatdırılma müddətlərini və xərclərini yaxşılaşdırmaq və optimallaşdırmaq istiqamətində çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri