Icma.az
close
up
RU
Çinli tədqiqatçılar təyyarə qəzalarının qarşısını almaq üçün “zefir” ləqəbli yeni təhlükəsizlik sistemi yaradıb

Çinli tədqiqatçılar təyyarə qəzalarının qarşısını almaq üçün “zefir” ləqəbli yeni təhlükəsizlik sistemi yaradıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 9 iyul, AZƏRTAC

Çinli tədqiqatçılar fövqəladə hadisələr zamanı təyyarələri uçuş-enmə zolağında yumşaq şəkildə saxlaya bilən yeni təhlükəsizlik sistemi hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, yenilik Çin Tikinti Materialları Akademiyası (CBMA), Çin Mülki Aviasiya Elm və Texnologiya Akademiyası və texnoloji firmanın əməkdaşlığı sayəsində ərsəyə gəlib. Tədqiqat qrupunun hazırladığı yeni material adi betona bənzəsə də, 80 faizdən çox məsaməliliyə malikdir. Materialın hər kubmetri 200 kiloqram ağırlığındadır ki, bu da adi betondan 10 dəfə azdır.

CBMA-nın tədqiqat və inkişaf mühəndisi Fan Cün bildirib ki, “zefir” ləqəbli yeni material möhkəm görünsə də, zərbə zamanı əzilmə yolu ilə kinetik enerjini “udur”. Beləliklə, o, yumşaq maneə rolunu oynayır və fövqəladə enişin maksimum dərəcədə yumşaq olması üçün təyyarənin sürətini yavaşladır.

Qeyd edək ki, uçuş və eniş qəzaların tez-tez baş verdiyindən təyyarələrin təhlükəsizliyi üçün kritik mərhələ hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəza risklərini azaltmaq üçün uçuş-enmə zolağından ən azı 90 metr kənarda təhlükəsizlik zonası (RESA) yaradılmasını tələb edir. RESA kimi adətən su hovuzları, ot sahələri, torpaq və ya qumdan istifadə olunur. Lakin bu cür variantlar qeyri-sabit və ekoloji cəhətdən həssasdır. Çinli tədqiqatçıların hazırladığı köpük beton isə hər hava şəraitində istifadəyə yararlıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri