Icma.az
close
up
RU
Çinli turistin Bakıda zibil təmizləməsi mədəni mesajdır SOSİOLOQ

Çinli turistin Bakıda zibil təmizləməsi mədəni mesajdır SOSİOLOQ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Çox güman ki, o, bu videonu sosial platformalarda paylaşacaq və bununla da müxtəlif ölkələrdə ictimai davranış səviyyələri arasındakı fərqi nümayiş etdirəcək"

Dənizkənarı Bulvarda gəzən çinli turistin yerə atılmış plastik qabları toplayaraq ətraf mühitin təmizliyinə töhfə verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu hadisə bir daha təmizliyin qorunmasının hər kəsin məsuliyyəti olduğunu xatırladıb. İnsanların yaşından, milliyyətindən və ya haradan gəlməsindən asılı olmayaraq, təbiətə və şəhərə qayğı ilə yanaşması böyük əhəmiyyət daşıyır. Ətraf mühitin qorunması gələcək nəsillər üçün sağlam və təmiz həyat deməkdir. Kiçik görünən belə addımlar isə cəmiyyətə müsbət mesaj verir və insanları daha məsuliyyətli olmağa çağırır. 

Mövzunu şərh edən sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, çinli turistin bu davranışı əslində cəmiyyətə verilən mədəni mesajdır:



“Onun dənizkənarı parkda yerə atılmış plastik qabları toplaması göstərir ki, insanlar həm təbiətə ziyan vurur, həm də tullantıların yenidən emal imkanlarını məhv edirlər. Turist də bizə məhz bunu göstərməyə çalışır. Plastik qabların çeşidlənərək təkrar emala göndərilməsi bir çox ölkələrdə həm ekoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Çin bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir və orada tullantıların idarə olunması sistemli şəkildə həyata keçirilir”.

Sosioloq hesab edir ki, həmin turistin bu görüntüləri öz ölkəsində paylaşması da istisna deyil:

“Çox güman ki, o, bu videonu sosial platformalarda paylaşacaq və bununla da müxtəlif ölkələrdə ictimai davranış səviyyələri arasındakı fərqi nümayiş etdirəcək. Məsələnin düşündürücü tərəfi də məhz budur”.

Mətanət Məmmədova bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşıma gələn rəylər də cəmiyyətin müxtəlif düşüncə tərzini ortaya qoyur:

“Bəziləri yerə zibil atanları qınayır, digərləri isə hadisəyə sadəcə tamaşa edən insanları tənqid edir. Təəssüf ki, turisti lağa qoyan, onun davranışına istehza ilə yanaşanlar da var. Tək bu videodan söhbət getmir. Ümumiyətlə baş verən hər hansı bir hadisəyə, paylaşılan videolara hər kəs öz səviyyəsi və dünyagörüşünə uyğun rəy yazır. Amma ortada dəyişməyən bir həqiqət var – xarici turistin etdiyi bu addım bizi utandırdı”.

29 iyunun Beynəlxalq Tropiklər Günü olduğunu xatırladan sosioloq məsələnin simvolik tərəfi də diqqət çəkib: “Bu gün dünyada ətraf mühitin qorunmasına diqqət çəkmək məqsədilə qeyd olunur. İnsan fəaliyyəti nəticəsində meşələrin qırılması, ətraf mühitin çirkləndirilməsi və təbiətə vurulan zərər artıq ciddi təhlükəyə çevrilib. Təbiətə vurulan hər zərər əslində insan sağlamlığına və gələcəyinə vurulan zərərdir. Sözügedən video Beynəlxalq Tropiklər Günü üçün ən təsirli mesajlardan biridir. Bu görüntü insanları düşünməyə vadar edir. Təbiət artıq həyəcan təbili çalır və onu qorumaq hər birimizin borcudur. Təbiət varsa, həyat var. İnsan əlindəki zibili yerə atmazdan əvvəl bir neçə dəfə düşünməlidir. Şəhərin müxtəlif yerlərində tullantı qutuları yerləşdirildiyi halda, xüsusilə paytaxtın mərkəzində, dəniz sahilində plastik qabların yerə atılması ciddi narahatlıq doğurur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyun 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri