Icma.az
close
up
RU
Cinsiyyət dəyişdirmə bu qədər baha imiş RƏQƏMLƏR

Cinsiyyət dəyişdirmə bu qədər baha imiş RƏQƏMLƏR

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə dünyada cinsiyyət kimliyi ilə bağlı fərqli yanaşmalar daha çox görünməyə başlayıb. Bu dəyişikliklər təkcə Qərb cəmiyyətlərində deyil, ənənəvi dəyərlərin güclü olduğu ölkələrdə də özünü göstərir.

Bu tendensiyanın əsas səbəbləri nələrdir? Belə halların artması ailə institutunun zəifləməsi və ya fərdi azadlıqların artması ilə əlaqəli ola bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı o insanlara bu cəsarəti verən əsas amilin yaradılan əlverişli şərait olduğunu deyib.

Onun fikrincə, həmin şəxslər gözləri ilə görürlər ki, cinsini dəyişən bir insanın həyatı "yaxşılığa" doğru dəyişir:

“Şöhrət qazanır, imkanları artır, daha rahat mənzilə, bahalı avtomobilə sahib olur, öz biznesini qurur, gəliri yüksəlir. Beləcə düşünürlər ki, bəlkə cinslərini dəyişsələr, qarşıma imkanlar açılar. Əvvəllər qadınlara xas heç bir davranışını müşahidə etmədiyimiz kişilər, yaxud kişi xüsusiyyətlərinə sahib olmayan qadınlar belə cinsini dəyişmək qərarına gəlirlər. Ancaq bu hal daha çox kişilərin qadın olmağa çalışmasında müşahidə olunur”. 


Sosioloq cinsini dəyişən birinin qısa zamanda tanınmış simaya çevrildiyini qeyd edib.


Onun sözlərinə görə, belə şəxslər sosial şəbəkələrdə məşhurlaşır, bəyənmə və hədiyyə yağışına tutulur:

“Yəni cəmiyyət bir tərəfdən bu hallardan narahatlığını ifadə edir, digər tərəfdən isə onlara şərait yaradır. Cinsi azlıqlara təqdim olunan imkanlar, təəssüf ki, sıravi insanlara göstərilmir. Cinsini dəyişən şəxslərə hər yerdə üstünlük verilir. Bu mənzərəni görən adi bir vətəndaş düşünür: “20-30 il normal bir həyat yaşadım, amma heç nə əldə etmədim. Bəlkə cinsimi dəyişsəm, mən də istədiyim həyata qovuşaram”.


L.Mehralı əlavə edib ki, azadlıq anlayışı artıq cinsin dəyişdirilməsi, açıq-saçıq həyat tərzi və nizamsız seksual münasibətlərlə eyniləşdirilir:

“Bu yanaşma uzun müddətdir ki, cəmiyyətin təfəkkürünə yeridilib və təəssüf ki, bu istiqamətdə davam edir. Halbuki azadlıq belə deyil. Azadlığı özbaşınalıqla qarışdıran insanlar onun əsl mahiyyətini və dəyərini anlaya bilməzlər”.


Qeyd edək ki, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni şəkildə həyata keçirilmir. Lakin son illərdə bu əməliyyat bir çox ölkədə daha əlçatan hala gəlib. Qiymətlər isə ölkədən ölkəyə dəyişir. Tibbi xidmətlərin keyfiyyəti, əməliyyatın növü və daxil olan əlavə prosedurlar bu xərclərə birbaşa təsir edir.


Dünya üzrə ən aşağı qiymətlərlə cinsiyyət dəyişdirmə əməliyyatları Hindistanda təklif olunur. Burada MTFn (kişidən qadına)  əməliyyatı 4 250 AZN-dən, FTM (qadından kişiyə) isə 6 800 AZN-dən başlayır. Türkiyə isə yaxın coğrafiyada münasib qiymət və keyfiyyətli tibbi xidmət axtaranlar üçün populyar seçimdir. Burada qiymətlər təxminən 8 700-15 300 AZN arasında dəyişir.


Tayland və Meksika da həm tibbi turizm, həm də uyğun qiymətlər baxımından fərqlənir. Taylandda MTF əməliyyatı üçün orta qiymətlər 8 500- 25 500 AZN arasında dəyişir, FTM isə 12 000- 30 500 AZN civarındadır. Meksika da bənzər səviyyədə qiymətlər və yüksək keyfiyyət vəd edir.


Ən yüksək əməliyyat xərcləri isə Yeni Zelandiyada qeydə alınıb. Burada MTF əməliyyatı 89 000 AZN, FTM isə rekord həddə – 365 000 AZN-ə qədər çata bilər. ABŞ və Kanada da yüksək qiymətli əməliyyatlarla tanınır. ABŞ-də qiymətlər 85 000 AZN-ə, Kanadada isə 110 500 AZN-ə qədər yüksəlir. Lakin bəzi Kanada əyalətlərində əməliyyatlar dövlət tərəfindən maliyyələşdirilir.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri