Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Cinsiyyət “parti”si: sizcə ehtiyac var?..

Cinsiyyət “parti”si: sizcə ehtiyac var?..

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərin ən “məşhur” ziyafətlərindən birinin adı cinsiyyət “parti”sidir. Burada məqsəd nədən ibarətdir? Adından da göründüyü kimi, uşağın cinsiyyətinin, yəni hamilə qadının bətnində daşıdığı dölün oğlan və ya qız olmasının təntənəli şəkildə dostlara, rəfiqələrə, yaxın və uzaq qohumlara, iş yoldaşı və qonşulara bəyan edilməsidir.

Bu cinsiyyət “parti”si əslində bizim xalqa məxsus olmayan tədbirdir. Əvvəllər Azərbaycanda ümumiyyətlə, belə bir ziyafət keçirilməyib. Çünki əvvəllər heç USM müayinələri də yox idi. Və ailələrdə hamilə qadının dünyaya gətirəcəyi uşağın oğlan və ya qız olacağını da heç kim bilmirdi. Bilinsəydi də, belə tədbirin keçirilməsi, uşağın cinsiyyəti haqqında hər kəsə məlumat verilməsi lüzumsuz bir məsələ olduğu üçün buna ehtiyac da olmazdı.

Lakin çox təəssüf ki, müasir cəmiyyətimiz əvvəlki cəmiyyətimizdən fərli şəkildədir. Və bu gün bəzi gənclərin istəkləri, düşüncələri, həyata baxışları ilə bizim milli dəyərlərimizə məxsus olanlar üst-üstə düşmür. Bu səbəbdən də xalqa məxsus olmayan çoxsaylı bu kimi yeni mərasim, ziyafət və tədbirlər yaranıb. Və təəssüf ki, yaşlı və orta nəslin nümayəndələrini də belə tədbirlərdə görmək olur.

Cinsiyyət parti”sinə ehtiyac varmı? Varsa, bəlkə onu bir qədər milli formaya uyğunlaşdırmaq lazımdır. Axı bu “parti”lər heç nəyi ilə bizim azərbaycanlı olduğumuzu göstərmir. Bu barədə danışaq.

Dekor, tort, musiqi...

Ən birinci “parti” sözündən başlayaq. Azərbaycan dilinin orfoqrafiya lüğətində “parti” sözü yoxdur. Lakin biz bu sözü ana dilimizə məxsus kimi yeri gəldi, gəlmədi istifadə edir, foto və videoları bu sözlə paylaşırıq. Hələ üstəlik bizim bəzi jurnalistlərimizin yazıları var ki, onlar da “parti” sözünü yazılarında dırnaqdan istifadə etmədən, öz sözümüz kimi ifadə edirlər. Və çox böyük yanlışa yol vermiş olurlar.

Cinsiyyət “parti”sində ki, dekor qurulur, bu həmin ziyafətin əsas hissəsindən biridir. Böyük dekor iki hissəyə bölünür: mavi və çəhrayı, çəhrayıda qız, mavidə isə oğlan yazılır. Bu yazı hansı dildə yazılır, təbii ki, ingilis dilində. Burada böyük şarlar da olur və onların da üzərində ingilis dilində oğlan və qız yazılır.

Tədbir üçün tort sifariş verilir. Üzərində yenə də iki rəngdən istifadə olunur və ingilis dilində oğlan və qız yazılır.

Tədbirdə səsləndirilən musiqilərə gəlincə, burada təsadüf nəticəsində Azərbaycan mahnısı səsləndirilsə, sevinmək, alqışlamaq olar. Lakin bu sevinci yaşamaq ancaq bir təsadüf ola bilər. Çünki cinsiyyət “parti”sində əsasən xarici ölkələrin musiqilərinə müraciət olunur, xüsusilə də türk mahnıları səsləndirilir. Belə olan təqdirdə bu ziyafətin Azərbaycanla, bu xalqa hansı əlaqəsi olduğu sual doğurur. Əlbəttə, belə tədbirlərdə tanıdığımız insanlar olmasa, və yaxud da sosial şəbəkələrdə belə videoların aşağı hissəsində bizə məxsus adlar yazılmasa, bunun harada keçirilməsi marağa səbəb olur.

Beləliklə, özlərini müasir adlandıran, “yeniliklərlə” ayaqlaşmağa çalışan bəzi gənclərimiz bax, bu kimi tədbirlərlə Azərbaycandan, dilimizdən, adət və ənənələrimizdən, musiqimizdən zaman-zaman uzaqlaşır. Hər hansı bir irad bildirəndə isə “gənclərin üzərinə çox gedirsiniz”,- deyirlər.

Hamilə qadının paltarından danışaq...

Cinsiyyət “parti”sinin əsas qəhrəmanı olan hamilə qadın “parti” üçün xüsusi paltar seçir. Bu paltar çox halda hamilələyi o qədər bariz şəkildə göstərir ki, adam baxdıqca, ikrah hissi keçirir. Bədəninin bütün ölçüləri paltara yapışır, qarın hissə isə xüsusilə. Düşünürsən ki, görəsən, bu paltar onun bətnindəki uşağı əzmir, sıxmır? Görəsən yazıq uşaq orada necə nəfəs alır?

Vaxt var idi ki, qadınlarımız hamilə olanda elə paltarlar seçirdi ki, bətninin böyüməsi diqqəti cəlb etməsin. Yəni belə bir ədəb-ərkan var idi. Qayınata, ata, qayın-qardaş yanında hamilə qadınlar az görünməyə çalışırdı. Onsuz da geyindikləri geniş paltarda heç nə bilinmirdi, lakin daxilindəki həya onları utandırır, çəkindirirdi.

Bu barədə gənc qızlar arasında bir neçə dəfə söhbətimiz olub. Onlardan bəziləri bunu təqdir edir, səmimi qarşılayır, lakin bəziləri “hamilə olmaqda utanmalı nə var ki?”,- deyir, hələ üstəlik keçmiş adət-ənənələrə qarşı da çıxırlar. “Qadın hamilələyini niyə gizlətməlidir?”, “dünyaya uşaq gətirmək niyə ayıbdır?”,- deyə illər öncə qız-gəlinin bu adəb-ərkanını məsxərəyə qoyanlar da var.

Çox təəssüf ki, belə gəncləri başa salmaq olmur ki, əlbəttə, hamilə olmaq ayıb, qüsur deyil, lakin onu dar paltarlarla nümayiş etdirmək ayıbdır, düzgün deyil. Bu, həm uşağa ziyandır, həm də qadınlığa, abır-həyaya xas olmayan haldır.

Lakin cinsiyyət “parti”lərində qadınlar sanki hamiləliyini önə çıxarmaq, nümayiş etdirmək, “hamilə qadın mənəm”,- deyə bunu hamıya bəyan etmək məqsədilə bu cür dar paltarlar geyinirlər. Təbii ki, bu, hər kəsə aid deyil. İnsafən geniş paltar geyinənlər də var. Lakin etiraf edək ki, hamiləliyi qabarıq şəkildə ortalığa çıxaran paltar geyinənlər çoxluq təşkil edir. Və təəssüf ki, belə tədbirlərdə çəkilən foto və videoları sosial şəbəkələrə yerləşdirirlər və çoxsaylı kişi də əsla narahat olmur ki, mənim həyat yoldaşımı hər kəs bu şəkildə görür.

Cinsiyyət “parti”lərində qazandığımız və itirdiyimiz

Əslində özündə heç bir mənanı ehtiva etməyən cinsiyyət “parti”sinin keçirilməsi vacib deyil. Allah-təalanın bəxş etdiyi övlad doqquz aydan sonra dünyaya gələcək, qızdırsa da, şükür yaradanın verdiyinə, oğlandırsa da. Bunun üçün bir xeyli vəsait xərcləyib USM müayinəsindən keçmək, “parti” təşkil etmək üçün də xeyli vəsait xərcləməyə ehtiyac varmı?

Sərf olunan vəsaitlə uşaq üçün nə lazımdırsa, almaq, ehtiyaclarını ödəmək olar. Bu mərasimlərə xərclənən vəsaitlə hər hansı bir imkansız ailəyə kömək etmək, yetim uşağı sevindirmək olar. Yüzlərlə ailə var ki, övladına məktəbli forması, ləvazimatı ala bilmir. Gündəlik tələbatını ödəyə bilmir. Bax, onların ehtiyacını ödəmək cinsiyyətin bəyan “parti”sinə xərcləməkdən daha səmərəli olmazmı? Bu “parti”lərə dekor, tort, gül-çiçək, geyim, şirniyyat, şar və sair üçün xərclənən pulu elə bir yerə xərcləmək olar ki, həqiqətən də bir savabı olar.

Lakin bunları kimdir düşünən? Bu gün cəmiyyətimizin bəzi nümayəndələrinin belə mərasim, ziyafətlər keçirməkdə məqsədi foto, video çəkib sosial şəbəkə platformalarında paylaşmaqdır. Yoxsa uşağın cinsiyyətini yalnız USM otaqlarında da öyrənmək olar. Ta bunu belə tədbirlərlə insanlara nümayiş etdirməyə ehtiyac yoxdur.

Qazandıqları nədir, heç nə deyə bilmirəm, lakin belə tədbirlərlə ümumilikdə xalq, millət olaraq itirdiklərimiz çox olur. Mənəvi cəhətdən kasıb insanlar bu kimi tədbirlərlə bir xalqın əsrlər boyu zərrə-zərrə əldə edib formalaşdırdığı dəyərlərə zərbə endirir. Öz daxili kasıblığını heç bir vasitə ilə zənginləşdirə bilməyən insanlar belə ucuz tədbirlərlə dilimizin saflığına, milli musiqimizə, adətlərimizə xələl gətirir.

Bir sözlə, itirə-itirə gedirik belə insanlar üzündən. Bəs qarşıda bizi nələr gözləyir, bunu düşünən varmı, görəsən?

Nə gördüksə, onu tətbiq etməliyik?

Belə nəticəyə gəlmək olur ki, bizim cəmiyyətin bəzi nümayəndələri-burada yaşlı, orta nəsil də var, gənclər də, nəyi harada görüb bəyənirlərsə, yerli-yersiz bizim cəmiyyətdə də tətbiq etməyə çalışırlar. Cinsiyyət “parti”si, “Baby shower”, it və pişiklərə ad günü keçirmək, bunun üçün dəvətnamə göndərmək bizim cəmiyyətə məxsus olmayan, milli dəyərlərimiz xaricində olan tədbirlərdir. Bu mərasimləri hansı bir ölkədə görüb xoşlayıb öz ağlı çərçivəsində ölkəmizdə də yaymağa çalışanlar nə düşünür, nə əldə etməyə çalışır, anlamaq çətindir.

Lakin adamı bir məsələ narahat etdiyi üçün belə bir sual da yaranır: görəsən qonşu ölkələr da daxil olmaqla, hər hansı ölkədə bizə məxsus olan bir mərasimi oradakı insanlar tətbiq edərmi, cəmiyyətlərinə yenilik olaraq gətirərmi? Əsla, yox. Biz evimizdə Azərbaycan yox, Türkiyə televiziyalarına baxır, öz filmlərimizi deyil, türk film və seriallarını izləyir, toylarımızda öz musiqimizdən çox xarici ölkə və türk mahnıları səsləndirir, dilimizə türk və ingilis, rus dillərinə məxsus sözlər qatırıq ha, inanın, bu, yalnız bizdə belədir. Heç bir qonşu ölkə bizim nə filmlərimizə baxır, nə musiqimizi dinləyir, nə də sözlərimizdən birini dilinə gətirir. Belə isə, nə üçün məhz biz? Nə üçün biz dilimizə, dəyərlərimizə, mədəniyyətimizə, ənənələrimizə başqa ölkələrə aid olanları qatmalıyıq? Bu haqqı bizə kim verir?

Nə üçün harada nə görürüksə, onu təkrarlamağa çalışırıq? Bu gündəlik həyatımızda da belədir. Yəni geyimimizdə, saçımızda, davranışımızda, özümüzü cəmiyyətdə aparmağımızda və sair. Eləcə də “Cinsiyyət “parti”si, “Baby shower” kimi tədbirləri mənimsəməyimizdə.

Bəlkə özümüzə qayıdaq? Bəlkə bir oturub bu barədə düşünək? Bəlkə düşünsək, özümüzdə olanların hər kəsdəkindən dəyərli olduğunu anlayar və özümüzdən çıxmarıq?..

Allah bizə düşünməyi nəsib etsin!

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri