Icma.az
close
up
RU
Ciorcia Meloni: ABŞ Prezidentinin sülh planı Yaxın Şərqdə təhlükəsizlik üçün bir fürsətdir

Ciorcia Meloni: ABŞ Prezidentinin sülh planı Yaxın Şərqdə təhlükəsizlik üçün bir fürsətdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma, 7 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planı Yaxın Şərqdə sülh və təhlükəsizlik üçün bir fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İtaliyanın Baş naziri Ciorcia Meloninin HƏMAS-ın İsrailə qarşı hücumunun ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda yer alıb. Ciorcia Meloni 7 oktyabrın ağlasığmaz cinayətlərlə tarixin ən qaranlıq səhifələrindən birinə çevrildiyini deyib. Qeyd edib ki, “HƏMAS-ın zorakılığı Yaxın Şərqdə görünməmiş böhrana səbəb oldu. İsrailin hərbi cavabı bütün mütənasiblik prinsiplərindən kənara çıxdı və Qəzzada həddən artıq çox günahsız mülki insanın həyatına son qoydu.

“Hadisələrin ildönümü elə bir vaxta təsadüf edir ki, biz bu gün müharibəyə son qoymağın real imkanını görürük. ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi, təkcə Avropa dövlətlərinin deyil, həm də ərəb və İslam ölkələrinin ciddi dəstəyini qazanan sülh planı hərbi əməliyyatların daimi dayandırılmasına nail olmaq, HƏMAS-ın hələ də saxladığı girovları azad etməsi və bütün Yaxın Şərqdə sülh və təhlükəsizlik çərçivəsinə doğru prosesə başlamaq üçün bir fürsətdir. Bu fürsətin uğur qazanması üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq. İtaliya bu istiqamətdə öz töhfəsini heç vaxt əsirgəməyib və bundan sonra da üzərinə düşəni edəcək”, - deyə Baş nazir vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri