Icma.az
close
up
RU
Cisco AmCham Sİ və rəqəmsal transformasiya üzrə qlobal təcrübəsini bölüşüb

Cisco AmCham Sİ və rəqəmsal transformasiya üzrə qlobal təcrübəsini bölüşüb

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal transformasiya, bilik və təcrübə mübadiləsi, eləcə də peşəkar əlaqələrin qurulmasına həsr olunan tədbirin əsas qonaq spikeri Cisco-nun Müştəri Təcrübəsi üzrə Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele xanım Trombetta olub.
Nahar görüşü AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun açılış nitqi ilə başlayıb. Qonaqları salamlayan cənab Zaur Kərimov Palatanın fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdan gələn tədbirləri barədə məlumat verib.
Daha sonra AmCham Azərbaycanın Prezidenti cənab Nuran Kərimov çıxış edərək biznes ictimaiyyətini qlobal təcrübə və ekspertiza ilə bir araya gətirən platformaların əhəmiyyətini vurğulayıb. Cənab Nuran Kərimov biznes mühitində rəqəmsal transformasiyanın artan roluna toxunaraq Cisco kimi qlobal texnologiya liderləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, həmçinin AmCham Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında dialoqun, bilik mübadiləsinin və əməkdaşlığın təşviqinə sadiqliyini bir daha vurğulayıb.

Tədbirin əsas hissəsində Cisco-nun Müştəri Təcrübəsi üzrə EMEA regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele xanım Trombetta təqdimatla çıxış edib. Xanım Trombetta süni intellektə hazırlıq, rəqəmsal transformasiya və bizneslərin süni intellekti uğurla tətbiq etməsi üçün ata biləcəyi praktiki addımlar barədə fikirlərini bölüşüb. O, həmçinin Cisco-nun qlobal işçi qüvvəsi miqyasında süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübəsindən nümunələr təqdim edib. Təqdimatın ardınca keçirilən interaktiv sual-cavab sessiyası iştirakçılara fikir mübadiləsi aparmaq və qonaq spikerlə birbaşa müzakirələrə qoşulmaq imkanı yaradıb.
Bununla yanaşı, proqram çərçivəsində AmCham Azərbaycanın komitə və işçi qruplarının fəaliyyəti barədə məlumat təqdim olunub. Təhsil və Peşə İşçi Qrupun sədri Aygün xanım İsayeva və Marketinq, Kommunikasiya və Biznes İnkişafı (MCBD) Komitəsinin sədri Aysel xanım Süleymanova rəhbərlik etdikləri komitə və işçi qruplarının son fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdakı prioritetləri barədə məlumat veriblər.

Nahar görüşü çərçivəsində AmCham Azərbaycana üzv şirkətlərin nümayəndələri də öz təşkilatlarını və fəaliyyət istiqamətlərini təqdim etmək imkanı əldə ediblər.
Neurotime şirkətinin həmtəsisçisi və Baş icraçı direktoru cənab Vüqar Cavadov, British School in Baku-nun Baş icraçı direktoru cənab Amil Vəliyev və Flame Towers Real Estate Management şirkətinin Kommersiya direktoru xanım Bahar Dadaşova təmsil etdikləri şirkətlərin əsas fəaliyyət istiqamətləri, xidmətləri barədə məlumat veriblər.
Rəsmi proqram nahar və şəbəkələşmə ilə davam edib. Bu, yeni işgüzar əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün şərait yaradıb.
AmCham Azərbaycan mütəmadi olaraq təşkil etdiyi Üzvlərin Nahar Görüşləri vasitəsilə AmCham Azərbaycanın üzvlərini, biznes liderlərini, müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirərək bilik və təcrübə mübadiləsini, peşəkar dialoqu, eləcə də Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsini təşviq edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Sentyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri