Icma.az
close
up
RU
Çıxıblar yenə də düzə lalələr...

Çıxıblar yenə də düzə lalələr...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Onun başqa çiçəklər kimi nə doyumsuz ətri var, nə də gül büketində xüsusi yeri. Amma görkəmindən, yaraşığından göz doyur, könül sevinir. Bəlkə, buna görə onun şərəfinə mahnılar qoşulub:

Yayın əvvəlində Gəncə çölündə,
Çıxıblar yenə də düzə lalələr...

İlin-günün bu vədəsi lalələr çöllərdə, düzlərdə, çəmənlərdə gözəllik sərgisi açır. Yazın ortasında yaşıl çəmənliyə sərilmiş qırmızı xalını xatırladan lalələr haqqında nələr deyilməyib?

Bahar gələndə mən də,
Bitərəm göy çəməndə.
Yeyilmərəm, acıyam,
Çiçəklərin tacıyam.
Uşmağa yox qanadım,
Qızıl lalədir adım...

Ana təbiətin qənirsiz gözəlini nəyə bənzətməyiblər? Qızıl bayrağa, həyalı qız yanağına, gözəl bir xanımın başına örtdüyü qırmızı yaylığa, od vurulmuş zəmiyə... Hansı gözlə baxırsan, bax, bütün hallarda laləli düz duyğuları cuşə gətirən füsunkar bir mənzərədir.

Yazın yönü bu tərəflərə düşəndən az sonra təkcə Gəncə düzündə yox, hər yerdə həmin mənzərə ilə üzləşmək mümkündür – Qəbələ ilə İsmayıllı arasındakı düzəngahda da, Ağgöl Milli parkında da, lalə bitən digər çöllərdə, dərələrdə, düzlərdə də...

İşğaldan azad olmuş Xocalıda bitən lalələr isə torpaq uğrunda axan şəhid qanına və onların torpaq üzərində boy göstərən arzularına bənzəyir. Üfüqlərə doğru uzanan düzlərdəki qırmızı lalələr yurdumuzu, torpağımızı bütöv və azad görmək istəyən şəhidlərin çiçək açan arzularıdır.

Çöl-bayırda uzaqdan baxanda tala-tala lalələr közərən ocaq yerini, tək-tək lalələr isə tarlanın sinəsində yanan qırmızı işığı xatırladır. Hətta yaşıl zəmi qoynundakı topa-topa lalələr nənələrimizin toxuduğu yaşıl yelənli xalıya oxşayır.

Hər nəyə bənzəyir-bənzəsin, qırmızı lalə bağrındakı qara xalla bir gözəllik dünyasıdır. Bu gözəlliyi görməyə, sevməyə və duyğulanmağa dəyər...

Süleyman QARADAĞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri