Coca Cola nın gizli keçmişi açılır monastırdan 140 illik sensasion sənəd çıxdı
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, sənədi monastır arxivində rahib aşkar edib. Sənəddə koka yarpaqları və kola qozundan hazırlanan müalicəvi içkinin resepti yer alır.
“Vinoso ricostituente” adlanan eliksirin müasir Coca-Cola-nın sələflərindən biri ola biləcəyi bildirilir. Reseptə şərab da daxil idi. Rahiblər həmin içkini yorğunluq, müxtəlif xəstəliklər və qocalmaya qarşı tonuslandırıcı vasitə kimi reklam edirdilər.
Sənədin XIX əsrin sonlarında tərtib edildiyi ehtimal olunur. Tədqiqatçıların diqqətini çəkən əsas məqam isə reseptin amerikalı əczaçı Con Pembertonun hazırladığı içki ilə oxşarlığıdır.
Pemberton 1886-cı ildə koka yarpaqlarının ekstraktı və kola qozundan şərbət hazırlamışdı. Lakin yerli qanunlar onun şərabdan istifadə etməsinə imkan vermədiyi üçün həmin maddələri qazlı su ilə qarışdırmışdı. Sonradan bu içki Coca-Cola kimi məşhurlaşdı.
Məlumata görə, həmin dövrdə rahiblər Boliviyadan gətirilən koka yarpaqlarının ticarəti ilə də fəal məşğul olurdular. Bu, koka yarpaqlarının tərkibində təbii alkaloid olduğuna görə 1961-ci ildə qadağan edilməsindən xeyli əvvəl baş verirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 Avqust 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















