Icma.az
close
up
RU
#CodeForFuture İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yolu

#CodeForFuture İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yolu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"#CodeForFuture" layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Code Academy" və Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi "Alqoritmika" ilə əməkdaşlığı çərçivəsində 2021-ci ildən etibarən Azərbaycanda İT təhsilinin inkişafına töhfə verməkdədir. Bu müddət ərzində 5000-dən çox tələbə "#CodeForFuture" dərslərində iştirak edib və rəqəmsal sektor üçün zəruri bacarıqlara yiyələnib.

2024-cü il 28 oktyabr tarixində "#CodeForFuture" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 və 5-ci kurs tələbələri üçün Bakı Avropa Liseyinə tur təşkil edilib. Tədbir vasitəsilə 14 tələbə müasir təhsil texnologiyaları ilə tanış olub, rəqəmsal bacarıqlara dair mühazirələrdə iştirak edib və tədris prosesini izləyiblər. Bu görüş tələbələrə real şəraitdə tədris prosesini müşahidə etmək, uşaqlarla işləmək üzər praktiki təcrübə qazanmaq və təhsil prosesinə yaxından bələd olmaq imkanı yaradıb.

Layihə çərçivəsində keçirilən silsilə tədbirlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam edib. Belə ki, 5 və 22 noyabr tarixlərində baş tutan görüşlərdə ölkənin qabaqcıl İT mütəxəssisləri: "PAŞA Sığorta" şirkətinin Baş sistem administratoru Rəsul Rəsulzadə və həm xarici, həm də yerli şirkətlərdə 10 ildən çox təcrübəyə malik Babək Nağıyev tələbələrlə görüşüblər. Bu görüşlər tələbələrin peşəkar inkişafı üçün mühüm addım olub. İştirakçılar İT sənayesinin mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq cari trendlər, innovasiyalar və karyera imkanları ilə bağlı məlumat əldə ediblər. Bunlarla yanaşı, xaricdə iş imkanları, uzaqdan işlərə müraciət etmədən əvvəl görüləcəklər və beynəlxalq bazarda tələb olunan bacarıqlar haqqında ətraflı məlumat təqdim edilib. Mütəxəssislər öz təcrübələrini bölüşərək bu sualları cavablandırıb və peşəkar bacarıqların inkişafı üçün tövsiyələr veriblər.

2024-cü ilin yekun tədbiri isə 6-8 dekabr tarixlərində keçiriləcək "Code8" hakatonu olacaq. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Code Academy"nin dəstəyi ilə baş tutacaq tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hakatonda iştirakçılar real həyatdan götürülmüş tapşırıqları qısa zaman çərçivəsində həll edərək tərtibat və proqramlaşdırma sahəsində bacarıqlarını ortaya qoyacaqlar. Layihələr İT mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və ən yaxşı işlər innovativ yanaşmaları və yüksəkkeyfiyyətli icrasına əsasən mükafatlandırılacaq. Bu hakaton tələbələrin texnologiya sahəsində uğurlu karyeraya hazırlığı üçün vacib mərhələ hesab olunur.

"#CodeForFuture" layihəsi tələbələrlə peşəkarları bir yerə gətirərək Azərbaycanda yüksəkixtisaslı İT icması formalaşdırmağa davam edir. Bu təşəbbüs gənclərin uğurlu karyeralarına hazırlıq görməsinə və rəqəmsal dünyada yeni nailiyyətlər qazanmasına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri