Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

“Azərbaycan İT sahəsində beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilir”

“Azərbaycan İT sahəsində beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilir”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Texnologiyanın inkişafı həyatımızın bütün sahələrini dəyişib. Bir vaxtlar sadəcə stasionar telefonla ünsiyyət qurmağa çalışdığımız dövrdən süni intellekt və genişzolaqlı internetin imkanlarını müzakirə etdiyimiz günlərə gəlib çıxmışıq.

Bütün bu proseslərdə yaxından iştirak etmiş şəxslərdən biri də Azərbaycanın keçmiş rabitə naziri, texnologiya sahəsində çoxsaylı yeniliklərə imza atmış və hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Siruz Abasbəylidir.

Onunla həm keçmiş və bu günü, həm də gələcəyi müzakirə etdik.

– Son illər ərzində texnologiya böyük bir dəyişiklikdən keçərək gündəlik həyatımızın hər sahəsinə təsir edən əsas qüvvəyə çevrilib. İlkin mərhələlərdə bu yeniliklər cəmiyyət tərəfindən rahat və sürətli qəbul edilmirdi. Bəs bugünkü vəziyyəti necə dəyərləndirərdiniz?

– Razıyam, 2000-ci illərin əvvəlində bu qədər texnoloji yenilik yox idi və gündəlik həyatda tətbiqi yetərincə məhdud idi. Ona görə də insanlar yeniliklərə daha ehtiyatlı yanaşır və öyrənməyə çalışırdılar. Bugünkü istifadəçilər üçün isə texnologiya daha əlçatandır və onu sürətlə istehlak edir, imkanlarından geniş faydalanırlar.

Sadəcə 2024-cü ilin əvvəlində ölkədə 11,8 milyon aktiv mobil cihaz qeydə alınıb – bu, hər 100 nəfərə 113 cihaz deməkdir. Sosial media istifadəçilərinin sayı isə 6 milyonu keçib və təkcə bir ildə 2,8 milyon nəfər artıb. Yəni texnologiya artıq həyatın ayrılmaz hissəsinə çevrilib.

Üstəlik, evlərdə “ağıllı” televizorlardan tutmuş, “ağıllı” paltaryuyanadək orta hesabla 5 -10 internetə qoşulmuş cihaz var. Bu, o deməkdir ki, insanlar artıq texnologiyalarla “iç-içə” yaşayırlar və bu, indi təkcə seçim deyil, həm də zərurətdir.

Son illər ərzində dövlətin həyata keçirdiyi rəqəmsallaşma və genişzolaqlı internet təşəbbüsləri nəticəsində həm şəhərlərdə, həm də kəndlərdə texnologiya əlçatan olub, insanlar daha çox məlumat almaq imkanı qazanıblar. Amma çoxlu seçim və sürət çaşqınlıq yaratmamalıdır. Hər kəs çalışıb texnologiyaların məğzini və onlardan necə düzgün istifadə etməyi öyrənməlidir. Ona görə də dövlətin qarşısına qoyduğu prioritetlərdən biri də məhz vətəndaşları maarifləndirmək, rəqəmsal savadlılığı artırmaqdır. Texnologiyanı milli maraqlarımıza, gündəlik ehtiyaclarımıza uyğun istiqamətləndirməyi bacarmalıyıq. Bu istiqamətdə həm dövlət, həm də vətəndaş birgə çalışmalıdır.

– Qeyd etdiyiniz kimi, son illərdə Azərbaycanda sürətli genişzolaqlı internet infrastrukturu qurulub, texnologiyalar yenilənib. Bu imkanlar istifadəçilərə nə vəd edir? Köhnə texnologiyadan fərqlər nələrdir?

– Yaxın dövrdə həyata keçirilən layihələr nəticəsində Azərbaycanda ən müasir genişzolaqlı internet infrastrukturu qurulub, xüsusilə GPON texnologiyasına keçid bu sahədə keyfiyyətcə yeni mərhələ açıb.

Bu texnologiya istifadəçilərə daha yüksək sürət, stabil və etibarlı bağlantı, geniş həcmdə məlumat ötürmək imkanı və rəqəmsal xidmətlərdən rahat istifadə şəraiti yaradır. Artıq evlərə qədər çəkilən fiber-optik xətlər sayəsində internet bağlantısı həm davamlıdır, həm də gələcək inkişaflar üçün möhkəm bir platforma təmin edir.

Köhnə mis xətlərin yaratdığı sürət məhdudiyyətləri, tez-tez baş verən kəsintilər və yüklənmələr artıq aradan qalxıb.

Fiber-optik şəbəkələrdə aktiv komponentlərdən daha çox passiv komponentlərdən istifadə edilir, bu da enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır. Mis şəbəkələrlə müqayisədə fiber-optik şəbəkə 80% daha az enerji istehlak edir.

Bu infrastruktur, sadəcə sürətli internet demək deyil, həm də rəqəmsal xidmətlərə, elektron hökumət platformalarına, onlayn təhsil və iş imkanlarına daha geniş və rahat çıxış təmin edən mühüm bir addımdır. Yəni bu, ölkəmizin rəqəmsal inkişafı üçün strateji əhəmiyyət daşıyan bir nailiyyətdir.

– Onlayn layihələrdən söz açılmışkən, ölkədə keçirilən və beynəlxalq diqqəti öz üzərinə çəkməyi bacaran “Onlayn Azərbaycan” layihəsinin ən vacib nailiyyəti nə oldu?

– “Onlayn Azərbaycan” layihəsi bizim rəqəmsal tariximizin dönüş nöqtəsidir desəm, düşünürəm ki, səhv etmərəm. Bu layihə sübut etdi ki, internet təkcə böyük şəhərlərin imtiyazı deyil. Ölkənin ən ucqar kəndində belə yüksəkkeyfiyyətli rəqəmsal xidmətlərdən bəhrələnmək tam realdır və gördüyümüz kimi, mümkündür. Əvvəllər lüks sayılan genişzolaqlı internet bu gün artıq hər kəsin haqqı və həyatının ayrılmaz hissəsidir.

Layihə başlamamışdan əvvəl genişzolaqlı şəbəkənin əhatə dairəsi 9% idisə, cəmi bir neçə ilə bu rəqəm 100%-ə qədər yüksəlib. Bu gün 2,9 milyon ev təsərrüfatı və müəssisə yüksəksürətli internetə çıxış əldə edib. Gəlin bu rəqəmlərə təkcə texniki inkişaf müstəvisindən baxmayaq: bu layihə vətəndaşın imkanlarını artıraraq və regionları gücləndirərək ölkənin rəqəmsal iqtisadiyyatının təməlini gücləndirən bir faktordur.

Yəqin ki bilirsiniz, bu layihə beynəlxalq səviyyədə də yetərincə əks-səda yaratdı. Azərbaycan ilk dəfə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 0,76 bal toplayaraq 9 pillə irəlilədi və ən yüksək kateqoriyaya daxil oldu. Eyni zamanda layihənin aparıcı icraçısı olan “Aztelekom” sabit şəbəkə sahəsində üç nüfuzlu beynəlxalq mükafata layiq görüldü. Dünyanın ən böyük sürət analiz platforması olan “Ookla” layihəyə xüsusi məqalə həsr etdi. Düşünürəm ki, bu layihəyə Azərbaycanın rəqəmsal yüksəlişinin real və tanınan simvolu kimi baxmaq lazımdır. İnanıram ki, bu, hələ başlanğıcdır. Qarşıdakı illərdə Azərbaycan regionun texnoloji liderinə çevriləcək.

– İşğaldan azad edilmiş ərazilərdə demək olar ki, hər şey sıfırdan qurulur, yaradılır. Bu ərazilərdə müasir texnologiyalar və sürətli internet infrastrukturu ilə bağlı düşüncələriniz nədir?

– İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və müasir texnologiyaların tətbiqi Azərbaycan üçün həm strateji, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin mühüm istiqamətlərindən biri də məhz bu ərazilərdə müasir rabitə və sürətli genişzolaqlı internet şəbəkəsinin qurulmasıdır.

Bu istiqamətdə görülən işlər imkan verir ki, vətəndaşlarımız doğma torpaqlarına qayıtdıqda fiziki evlərinə qovuşmaqla bərabər, həm də rəqəmsal dünyaya inteqrasiya olunmuş, ən son texnologiyalarla təmin edilmiş mühitə qayıtsınlar. Bütün ev və müəssisələrə fiber-optik xətlər çəkilir, GPON texnologiyası tətbiq olunur, “ağıllı” kənd və şəhər konsepsiyaları gerçəkləşdirilir. Bütün bunlar həm yüksəksürətli interneti təmin edir, həm də dövlət xidmətlərinə, təhsilə, səhiyyəyə, biznes imkanlarına çıxışı asanlaşdırır.

Əminliklə deyə bilərəm ki, işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar və sürətli internetin qurulması həmin torpaqlarda yeni həyatın və inkişaf mərhələsinin əsasını qoyur.

“Böyük Qayıdış” proqramının ən mühüm nəticələrindən biri də budur ki, bu ərazilər həm fiziki, həm də rəqəmsal baxımdan ölkəmizin digər bölgələri ilə tam inteqrasiya olunur.

– Azərbaycanın texnoloji yenilikləri tətbiq edən ölkədən istehsal edən ölkəyə keçidini necə görürsünüz? Bu, hansı müddətdə reallaşa bilər? Ümumiyyətlə, hansı sahə üzrə texnoloji yenilik istehsal etmək potensialımız var və hansı yeniliklər zəruridir?

– Bu, çox vacib və yerində verilmiş sualdır. Əlbəttə ki, hər bir ölkənin texnologiya yolunda keçdiyi mərhələlər var. Əvvəlcə mövcud texnologiyaları tətbiq edib öyrənməli, sonra isə onları təkmilləşdirib özümüzünkünü yaratmalıyıq.

Azərbaycan son 20 ildə ilk mərhələni kifayət qədər uğurla keçib. Biz artıq texnologiyanın yalnız istifadəçisi deyil, onu inkişaf etdirən və təkmilləşdirən ölkə olma yolundayıq. Ölkədə bu keçidi sürətləndirmək üçün insan kapitalının inkişafı, startap ekosisteminin genişlənməsi və tədqiqat - inkişafa yatırımlar əsas şərtlərdir. Dediyim kimi, “Onlayn Azərbaycan” layihəsinin keçirilməsində məqsədlərdən biri də Azərbaycanı İT şirkətləri, startaplar və beynəlxalq investorlar üçün cəlbedici bir məkana çevirməkdir.

Düşünürəm ki, bu keçid üçün 10-15 illik bir dövr real və məqsədəuyğun görünür. Yəni bu müddət ərzində müəyyən sahələrdə Azərbaycanın öz texnoloji məhsulları ilə bazarda görünməsi mümkündür. Potensial baxımdan ən çox ümid verən sahələr kənd təsərrüfatında “ağıllı” texnologiyalar və iqlimə davamlı innovasiyalar, eləcə də alternativ enerji texnologiyaları və “yaşıl” həllər üzrə məhsullardır. Əlbəttə, onu da qeyd edim ki, kibertəhlükəsizlik və məlumatların qorunması üzrə proqram və xidmətlər, süni intellekt və verilənlərin analizi üzrə məhsulların önəmi gündən-günə daha da artır.

Bununla yanaşı, məncə, bizim üçün zəruri olan əsas yenilik - təhsil və kadr hazırlığı sistemində texnologiyayönümlü islahatların daha da dərinləşdirilməsidir. Çünki bütün bu dediklərimizin reallaşması üçün insan kapitalı olmalıdır.

Məqsədyönlü siyasət və düzgün planlaşdırma ilə biz texnologiyanı idxal edən deyil, ixrac edən bir ölkəyə çevirə bilərik. Qarşıdakı dövrdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti birgə çalışaraq bu məqsədə çatmağa tam qadirik.

– Rabitə və internet sektorunda qarşıdakı 10 ildə hansı tendensiyaları görürsünüz?

– Qarşıdakı 10 ildə rabitə və internet sektorunda çox ciddi transformasiyaların şahidi olacağıq. Hətta deyərdim ki, çox da uzaq olmayan yaxın gələcəkdə Azərbaycanda 10, 20, 50G PON kimi texnologiyalar tətbiq olunacaq. Çünki bunun üçün artıq alt zəmin yaradılıb və gedişat bunu deməyə əsas verir ki, çox yaxında evlərimizdə 500 Mbit/s və daha yüksəksürətli internet görə biləcəyik.

Düşünürəm ki, ən önəmli tendensiyalardan biri də xidmətlərin daha fərdiləşdirilmiş və ehtiyaclara uyğun təqdim olunması olacaq. Yəni insanlar fərdi tələblərinə uyğun internet paketləri, daha çox “bulud” əsaslı həllər və evlərdə geniş şəkildə tətbiq olunan “ağıllı” texnologiyalarla qarşılaşacaqlar.

Eyni zamanda texnologiyanın sürətlə inkişafı ilə yanaşı, kibertəhlükəsizlik məsələsi də ön plana çıxacaq. Çünki rəqəmsallaşma dərinləşdikcə, risklər və çağırışlar da artır. Biz bu məsələyə xüsusi diqqət yetirməliyik.

Bundan başqa, süni intellekt və robotlaşma yalnız istehsalatda deyil, gündəlik həyatımızda da daha çox yer tutacaq. Azərbaycan da bu qlobal tendensiyalara uyğun olaraq inkişaf etməsi üçün həm infrastrukturunu, həm də insan kapitalını gücləndirməyə davam etməlidir. Məqsəd ölkəmizi rəqəmsal texnologiyalar sahəsində qabaqcıl mövqelərə çıxarmaq olmalıdır.

– Bugünkü nəsil artıq texnologiyanın içində doğulub böyüyür. Sizcə, onları necə yetişdirməliyik ki, yalnız istifadəçi yox, həm də yaradıcı olsunlar?

– Doğrudur, bu günün uşaqları artıq texnologiyanın içində dünyaya gəlirlər və onu çox rahat istifadə edirlər. Lakin yalnız hazır olanı istifadə edən insanlar hər zaman başqalarının hazırladığına möhtac qalacaq. İstəyirəm ki, Azərbaycan gəncləri təkcə istifadəçi yox, həm də bu texnologiyaları yaradan, inkişaf etdirən beyinlər olsunlar. 

Düzdür, son zamanlar ölkəmizdə keçirilən texnoloji festivallar, sammitlər, yaradılan startaplar və s. yeni parlaq beyinləri üzə çıxarır və məlum olur ki, ölkəmizdə bu sahədə yetərincə potensiallı gənclərimiz var. Lakin biz bununla qane olmamalıyıq. Uşaqları erkən yaşlardan öyrənməyə, düşünməyə, sual verməyə, kod yazmağa, cihazların necə işlədiyini anlamağa həvəsləndirmək vacibdir. Onlara təlqin etmək lazımdır ki, texnologiya, sadəcə bir alət deyil, həm də yaradılacaq sahədir. Sevindirici haldır ki, məktəblərimizdə, ali təhsil müəssisələrimizdə və innovasiya mərkəzlərimizdə gənclər üçün şərait yaradılır. Dövlətin məqsədi də odur ki, gənclərimiz bilik və bacarıqları ilə yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də söz sahibi olsunlar və Azərbaycanın adını texnologiya sahəsində də yüksək zirvələrə daşısınlar.

– Son olaraq, illərini bu sahəyə sərf etmiş bir mütəxəssis kimi, texnologiya ilə bağlı cəmiyyətə nə mesaj vermək istəyərdiniz?

– Texnologiya artıq həyatın ayrılmaz hissəsidir – onu inkar etmək, ondan uzaq durmaq mümkün deyil. Amma burada əsas məsələ onunla necə yaşadığımız, necə istifadə etdiyimiz və onu hara yönləndirdiyimizdir. Mən hər zaman demişəm ki, texnologiyanın inkişafı bizim seçimimiz deyil, reallığımızdır. Seçimimiz isə bu inkişafda passiv müşahidəçi, yoxsa aktiv yaradıcı olub-olmayacağımızdır.

Cəmiyyət olaraq öyrənməyə açıq olmalı, dəyişikliklərə uyğunlaşmalı və eyni zamanda milli dəyərlərimizi qorumağı bacarmalıyıq. Gənclərimizə güvənirəm. Onlar doğru yönləndirilsələr, Azərbaycan təkcə texnologiyanı idxal edən deyil, onu istehsal və ixrac edən, innovasiyaların ünvanı olan bir ölkəyə çevriləcək. Əsas odur ki, texnologiyanı yalnız gələcəklə bağlı xəyalların deyil, bu gün atdığımız real və davamlı addımların mərkəzinə çevirək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri