Icma.az
close
up
RU
Coğrafi üstünlüyün iqtisadi gücə çevrildiyi məkan

Coğrafi üstünlüyün iqtisadi gücə çevrildiyi məkan

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycanın coğrafi mövqeyi sadəcə xəritə üzərində əlverişli mövqe deyil – bu, ölkəmizin iqtisadi, siyasi və geostrateji üstünlüyünü müəyyən edən əsas amildir. Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan tarixən karvan yollarının, ticarət marşrutlarının və mədəniyyətlərin kəsişdiyi bir ərazi kimi formalaşıb. Bu gün həmin missiya müasir dövrdə daha geniş miqyasda – Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri vasitəsilə yenidən bərpa olunur. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin regional və beynəlxalq nəqliyyat əlaqələrində mühüm rol oynamasına imkan yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidə yerləşməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu dəhlizlər təkcə iqtisadi əlaqələri deyil, həm də geosiyasi sabitliyi və əməkdaşlıq formatlarını müəyyənləşdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, dünyanın bir çox ölkələrinin coğrafi mövqeyi qlobal iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət daşımır. Lakin Azərbaycanın yerləşdiyi məkan təkcə region üçün deyil, həm də beynəlxalq ticarət sisteminin əsas tranzit mərkəzinə çevrilmək potensialına malikdir. Bu, həm iqtisadi, həm ekoloji, həm də siyasi baxımdan strateji üstünlük yaradır. Ölkəmizin yerləşdiyi məkan Asiya ilə Avropanı birləşdirən təbii körpü rolunu oynayır. Məhz bu səbəbdən nəqliyyat infrastrukturunda aparıcı mövqeyə sahib olmaq Azərbaycanın iqtisadi gücünü artıran əsas amillərdən biridir. Şimal–Cənub nəqliyyat dəhlizi əsasən Xəzər hövzəsi ölkələrini əhatə etsə də, burada aparıcı rol Azərbaycanın üzərinə düşür. Çünki ölkəmizin ərazisindən keçən infrastruktur – istər avtomobil, istərsə də dəmir yolları – tam sağlam, müasir və etibarlıdır. Azərbaycan ərazisindən keçən yollar coğrafi relyef baxımından əlverişli, istismar baxımından isə rentabellidir.

“Azərbaycanın təklif etdiyi tranzit tarifləri iqtisadi səmərəlilik göstəricilərinə görə dünya üzrə 7-ci yerdədir. Bu isə həm beynəlxalq daşıyıcılar, həm də investorlar üçün ölkəmizi daha cəlbedici edir. Şimal–Cənub dəhlizinin mühüm üstünlüklərindən biri də qısa və rahat marşrutdur. Onun keçdiyi ərazilərin uzunluğu 0,1 maildən 0,99 mailə qədər dəyişir ki, bu da həm vaxt, həm də maliyyə baxımından səmərəli sayılır. Azərbaycanın iqlim və yol şəraiti də ilin bütün fəsillərində yük və sərnişin daşımalarının fasiləsiz həyata keçirilməsinə imkan verir. Bu gün Azərbaycan ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb dəhlizləri Avrasiyanın ən qısa, ən təhlükəsiz və ən səmərəli nəqliyyat marşrutları sayılır. Bu dəhlizlər vasitəsilə Xəzər hövzəsi ölkələri, Orta Asiya, Rusiya, İran, Türkiyə və Avropa arasında yük və sərnişin daşımaları həyata keçirilir. Xüsusilə, Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirib. Dəhliz Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hind okeanına çıxış imkanı yaradır. Burada əsas ağırlıq və məsuliyyət məhz Azərbaycanın üzərinə düşür. Çünki ölkəmizin ərazisindən keçən infrastruktur – avtomobil yolları, dəmir yolları və limanlar – tam müasir standartlara uyğunlaşdırılıb”, - deyə A.Əsədov qeyd edib.

Ekspert vurğulayıb ki, Azərbaycanın dəmir yolu və hava nəqliyyatı şəbəkələri regionda strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars xətti və müasir hava limanları ölkəmizi həm Avropa, həm də Asiya bazarlarına birləşdirir. Bu infrastruktur Azərbaycanın logistika mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardır.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan daha bir xətt Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmir, həm də Türkiyə vasitəsilə Avropaya birbaşa çıxışı təmin edir. Bu, Şərq–Qərb xəttinin mühüm tamamlayıcı hissəsidir. Zəngəzur dəhlizi ticarət və yükdaşımalarla yanaşı, regionda sülh və əməkdaşlıq mühitini gücləndirən bir layihədir. Bu marşrutun fəaliyyətə başlaması ilə Asiya və Avropa arasında daşımaların həcmi xeyli artacaq, Azərbaycan isə logistika və nəqliyyat mərkəzi kimi qlobal səviyyədə daha da möhkəmlənəcək.

Son illərdə Azərbaycanda gömrük rəsmiləşmələrinin rəqəmsallaşdırılması, yaşıl dəhliz və “bir pəncərə” prinsiplərinin tətbiqi yükdaşımalarını daha da sürətləndirib. Gömrük sənədlərinin, icazə blanklarının, logistika sənədlərinin elektron formada əldə edilməsi həm vaxta, həm də maliyyəyə qənaət yaradır.

Bütün bunlar Azərbaycan ərazisindən keçən marşrutları digər ölkələr üçün daha cəlbedici edir. Xarici investorlar üçün əsas motivasiya sabitlik, şəffaflıq və iqtisadi səmərəlilikdir. Bu göstəricilərin hər biri Azərbaycanda artıq təmin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri